Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Putinin dalından təpik vuraraq "tövlə"yə göndərdiyi ölkənin məmuru..."

  31
12:00 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

"Ermənistan XİN-nin başçısının müavini Şavarş Köçəryan növbəti dəfə boşboğazlıq edib. Hərçənd, o, əvvəlcə ağzından söz qaçıraraq bildirib ki, Azərbaycan nə üzv, nə də müşahidəçi kimi Avrasiya İqtisadi Birliyinə (AİB - rusca "ЕврАзЭС") heç zaman maraq göstərməyib. Lakin bununla belə, utanmadan boğazdan yuxarı bəyan edib ki, əgər Bakı belə bir istəklə çıxış etsə, Ermənistan buna mane olacaq".

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Millət vəkilinin sözlərinə görə, erməni məmurunun belə bəyanatlarla çıxış etməsi gülüş doğurur:

"Köçəryan da öz şefi, çoxdan erməni çoxsaylı lətifələrinin personajına çevrilmiş Nalbəndyan kimi heç fikirləşmir də ki, Rusiya prezidenti Vladimir Putinin dalından təpik vuraraq Avrasiya "tövləsi"nə göndərdiyi ölkənin məmuru üçün belə bəyanatlar vermək yersizdir. 

Azərbaycana gəlincə, bizim ölkəmizin hər hansı "AİB"lərsiz də Rusiya, Belarus və Qazaxıstanla ticari-iqtisadi əlaqələri Ermənistanın bununla əlaqədar gülüş doğuran göstəricilərini dəfələrlə üstələyir.
Adıçəkilən dövlətlər Bakı ilə əlaqələrini İrəvanla olduğundan daha yüksək qiymətləndirir və üstün tuturlar. Onlar bunu AİB və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) sammitlərində Ermənistanın şikayət və tələblərinə sırtıq milçəyi qovan kimi əl yellədib laqeydlik göstərməklə dəfələrlə nümayiş etdiriblər".

İlkin İzzət
Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar