Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Çinə Azərbaycanın ixrac missiyası təşkil olunacaq

  23
11:20 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Noyabr ayında Çinə Azərbaycanın növbəti ixrac missiyası təşkil olunacaq.

Paralel.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlik Çin Xalq Respublikasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Bildirilir ki, noyabrın 12-15-də təşkil olunacaq ixrac missiyası şərab və spirtli içkilərin istehsalını əhatə edir. Missiyada iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Müsabiqə İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında noyabrın 1-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı - 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı - 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) - 5 bal, meyarların cəmi üzrə minimum keçid balı - 20 baldır.

İxrac missiyasında iştirak etmək üçün ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 17-dək AZPROMO-ya təqdim edilməlidir.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar