Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Moskva-Bakı-Tehran formatında maraqlarımız... – Şərh

  5
10:22 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Əslində, belə görüşlər bölgədə sülhün, sabitliyin və əməkdaşlığın inkişafın xidmət edir. Hər üç ölkə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq sisteminin yaradılmasına çalışmalıdır. Azərbaycan üçün bunun əhəmiyyəti çox böyükdür. Ölkəmiz hər zaman bu istiqamətdə əməkdaşlığa hazırdır. Çünki Azərbaycanın xarici siyasət strategiyası əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünü şərh edən millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili hesab edir ki, Azərbaycan-Rusiya-İran prezidentlərinin Tehranda gerçəkləşəcək gürüşü bir sıra mühüm perspektivlər vəd edir:

“Bu, əsasən iqtisadi və nəqliyyat sahəsi ilə bağlı olacaq. Əslində ən mühüm məsələrdən biri də indiki dönəmdə Rusiya-Azərbaycan-İran formatıdır ki, bu sistemin də formalşması Bakının maraqlarına uyğdur”.

A.Mollazadə Tehranda baş tutacaq ikitərəfli görüşlərə də münasibət bildirib:

“Təbii olaraq Azərbaycanın bugünkü siyasətinin əsasını Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Hesab edirəm ki, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda ikitərəfli görüşündə Dağlıq Qarabağ məsələsi ön planda olacaq”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və İran prezidentləri üçtərəfli görüşü noyabrın 1-də Tehranda baş tutacaq. Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

 

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli