Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rəvayi təfsir nədir?

  27
21:15 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

Təfsirlər adətən əqli və nəqli növlərə bölünür. Əqli təfsirləri bəzən rəyə əsaslanan, nəqli təfsirləri isə rəvayi adlandırırlar. Əqli təfsirdə müəllif əqli elmlərə (kəlam, fəlsəfə və s.) və öz ictihadına əsaslanır.

Paralel.az islam.az-a istinadən bildirir ki, nəqli təfsirlərdə isə bir qayda olaraq müəllif öz rəyini bildirməkdən çəkinir, əqli elmlərə müraciət etmir, hər ayəni hədislərin köməyi ilə şərh etməyə çalışır. Bu cür təfsirlər müəyyən ayələr barədə buyurulmuş hədislərin ardıcıl düzülüşündən ibarət olur. Rəvayi təfsirlər əksərən əxbari əqidəli müəlliflər tərəfindən qələmə alınmışdır. Çünki əxbari alimlərin əqli elmlərə və ictihada münasibəti mənfi idi. Rəvayi təfsirlərə nümunə kimi Bəhraninin "əl-Bürhan", Həvizinin "Nur əl-səqəleyn", Kaşaninin "Minhac əl-sadiqin", Feyz Kaşaninin "əl-Safi" təfsirlərini göstərmək olar.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar