Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İradəmizi necə qüvvətləndirək? – alimdən tövsiyələr

  10
21:15 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

Ayətullah Cavidan buyurur: "Güclü iradə bir növ məharətdir ki, hər kəs ondan bəhrələnə bilmir. Ancaq xoşbəxtlikdən hamı onu əldə edə bilər. Əgər onu əldə etsək, hər yerə əlimiz çatar.

Paralel.az deyerler.org-a istinadən bildirir ki, hər bir məharəti əldə etməyin yolu təmrindir. İnsan təmrin edərək istədiyi hünəri və məharəti qazana bilər. Ona görə də deyə bilərik ki, iradəni gücləndirmək məharəti də təmrin istəyir. İlk əvvəl kiçik və asan təmrinlərdən başlamaq lazımdır: yemək yemək üzərində təmrinlər edək. Gün ərzində filan qədər çörək və ya filan qədər əti azaldaq və onu təmrin vasitəsilə rejimə çevirək. Çalışaq ki, qoyduğumuz həddi aşmayaq.
 
Həddi aşan zaman özümüz üçün asan bir cəza təyin edək və onu yerinə yetirək. Misal üçün yüz dəfə zikr demək...
 
Əgər bu yolda müvəffəq ola bilsək, daha ali mərtəbələrə qalxmağa çalışaq. Namazı əvvəl vaxtda qılmaq, qəlb hüzuru əldə etmək, hər bir işdə İmam Zaman ağaya (ə.f) təvəssül etmək, ziyarətini oxumaq, pis əməllərin qarşısını almaq kimi.
 
Əgər bu yolda mərtəbə-mərtəbə qalxa bilsək, o zaman iradəmizin necə get-gedə gücləndiyinin şahidi olacağıq. Artıq nəfsani istəklərə müqavimət göstərə biləcək və şeytanı vəsvəsələri dəf edə biləcəyik". (Tebyan)
 
İmam Sadiq (ə) buyurur: "O işdə ki, insanın niyyət və iradəsi güclü olar, bədəni zəifliyə və gücsüzlüyə düçar olmaz".

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli