Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

XİN: "AŞPA-da anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər"

  27
20:55 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

"Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər".

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".

Paralel.az

Yazarlar