Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əməkçilərin hüquqlarının müdafiəsi sosial- iqtisadi siyasətimizin prioritet istiqamətidir

  24
18:19 17-04-2019
Şriftin ölçüsünü dəyiş  

AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) tədbirində iştirak edib

 Azərbaycan tərəfindən ratifikasiya edilmiş BƏT-in 131-ci Konvensiyasının yerinə yetirilməsi istiqamətində həmkarlar ittifaqlarının təkidlə apardığı iş Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənib, məsələ sosial və iqtisadi məsələlərə dair Üçtərəfli Komissiyanın iclasında müzakirə edilib, ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinə təkliflər göndərilib.

2018-ci ildə Azərbaycanda əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair geniş islahatlar paketinin həyata keçirilməsi davam etdirilib. İqtisadiyyatın müxtəlif sahələrində işləyənlərin maaşları, pensiyalar, istehsalat xəsarətinə görə müavinətlər, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ödənişlər, ali və orta ixtisas məktəbləri tələbələrinin təqaüdləri artırılıb.

Ölkə Prezidentinin sərəncamı ilə 1 mart 2019-cu il tarixdən ölkə üzrə minimal əməkhaqqı artırılmış və həmkarlar ittifaqlarının təkidi nəticəsində istehlak minimumu səviyyəsinə çatdırılmışdır ki, bu da 600 min nəfəri əhatə edəcək və ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 10 faiz artmasına səbəb olacaqdır.  2018-ci il 31 dekabr tarixinə respublika üzrə orta aylıq əməkhaqqı 544 manat olmuşdursa, artıq 1 mart 2019-cu il tarixinə bu göstərici 577 manata (340 ABŞ dolları) çatdırılıb.

AHİK sədri öz çıxışında xüsusi vurğulayıb ki, bu vacib qərar Avropa Sosial Xartiyası, Beynəlxalq Əmək Təşkilatı tərəfindən və bir sıra dövlət proqramları ilə müəyyən edilmiş yaxın illər ərzində minimal əməkhaqqı barədə öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımdır. Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması yolunda ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı problemli kreditlər haqqında sərəncamı da mühüm töhfədir. Problemli kreditlər məsələsinin həllində dövlət  ölkə vətəndaşlarına qayğısını bir daha nümayiş etdirib. Belə ki, neftin qiymətinin dünya bazarında 3-4 dəfə ucuzlaşması nəticəsində ölkə əhalisinin xarici valyuta ilə götürdüyü kreditlərin ödənilməsi zamanı rastlaşdığı maliyyə itkisini öz üzərinə götürüb. Artıq bu kreditləri ödəmiş vətəndaşlara manat ekvivalentində 5 min dollaradək kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. Bütün bu nailiyyətlərlə birgə əməkçilərin hüquqlarının müdafiəsi, onlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir.

Son illər dövlət tərəfindən əmək müqaviləsi iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, onların qanuni maraqlarının müdafiəsi, əmək müqaviləsi ilə vəzifələrinin yerinə yetirilməsinin hüquqi təminatı sahəsində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

S.Möhbalıyev deyib ki, bununla əlaqədar  Respublika Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə” fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda muzdlu işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarını müdafiə edən ədalət məhkəmələrində islahatların zəruriliyi vurğulanıb. Əmək mübahisələri ilə məhkəmələrə müraciət edən işçilərin imkanlarını genişləndirmək, prosedurları sadələşdirmək, inzibati xətalar barəsində işlərin baxılma müddətlərini konkretləşdirmək barədə göstərişlər verilib.

2018-ci ildə milli iqtisadiyyatın strateji yol xəritəsinin və iqtisadiyyatın 11 əsas sektorunun inkişafı xəritəsinin həyata keçirilməsinə başlanılıb. Bu sənəddə məqsəd və prioritet istiqamət kimi əmək bazarında sosial dialoqun və inklüziv (hərtərəfli) inkişafın təmin edilməsinə xidmət edən institutlar vasitəsilə ölkə iqtisadiyyatını rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin etmək vəzifəsi müəyyən edilib. 2018-ci ildə respublikada layiqli əmək, gənclər siyasəti, əmək sferasının gələcəyi və digər ölkə proqramlarının həyata keçirilməsi davam etdirilib.

Ölkənin dayanıqlı inkişafını həmkarlar ittifaqları “2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri” Dövlət Proqramının əmək sferasının inkişafına, əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, işsizliklə mübarizəyə, gender bərabərliyinə yönəlmiş müddəalarının həyata keçirilməsində öz fəal iştirakında görürlər.

S.Möhbalıyev çıxışının yekununda bir sıra məsələlərə diqqət çəkərək bildirib ki, əmək bazarındakı və əmək münasibətləri sferasındakı yeniliklər və çağırışlar bizim hamımızdan fərqli adekvat təşkilati struktur və iş forması axtarışı tələb edir. Bu gün biz bu problemləri birgə müzakirə etməli, iqtisadiyyatın yeni sektorlarında qeyri-tipik fəaliyyət növü ilə məşğul olan işçiləri həmkarlar ittifaqlarına cəlb etmək prinsiplərini və problemlərinin həlli yollarını birgə axtarmalıyıq. Bu kateqoriyadan olan işçilərlə motivasiya işinin elmi-praktik formalarının işlənib hazırlanması vaxtı çatıbdır.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası elmi-tədqiqat və tədris mərkəzlərinin, üzv təşkilatların iştirakı ilə belə kateqoriyadan olan işçiləri həmkarlar ittifaqı strukturunda birləşdirməyin düzgün, qanunvericiliyə uyğun yolunu tapa bilər. Qeyri-tipik iş forması ilə məşğul olan işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi işini təkmilləşdirməkdə biz maraqlıyıq və bu, gələcəkdə bizim sıralarımızın genişlənməsinə və möhkəmlənməsinə xidmət edər.

Ölkədə həyata keçirilən balanslaşdırılmış sosial-iqtisadi siyasəti dəstəkləməklə Azərbaycan həmkarlar ittifaqları işçilərin iqtisadi və sosial hüquqlarının müdafiəsi, onlar üçün layiqli həyat səviyyəsinin təmin edilməsi uğrunda fəaliyyətini davam etdirmək əzmindədir.

Tədbirlərdə AHİK sədrinin I müavini İlyas Əliyev, müavini Aqil Dadaşov və AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov da iştirak edib.

 Tahir Abbaslı

Yazarlar

Top.Mail.Ru
HotLog