Peyğəmbərin həyatı haqda kitabın tərcüməçisi İsa Əliyevin anım günü yaxınlaşır

Məhəmməd Peyğəmbərin həyatı haqqında kitabın tərcüməçisi İsa Cavad oğlu Əliyevin anım günü yaxınlaşır

Martın 31-i 1966-1972-ci illətdə oxuduğumuz Azərbaycan Dövlət Universitütinin məzunu olmuş basarkeçərli İsa Cavad oğlu Əliyevin anım günüdür.

İ.Əliyev 2014-ci il mart ayının son günündə dünyasını dəyişib.

İsa sədaqətli dost, hamı ilə qardaş olmağı bacaranan ləyaqətli insan idi. 

Diplom rəhbəri professor Hidayət Əfəndiyevin təkidli təkliflərinə baxmayaraq, İsa Əliyev elm yolu ilə getmədi.

Montin adına Maşınqayırma zavodunun həkarlar komitəsinin sədri, Xətai Rayon İraiyyə komitəsində şöbə müdiri, iri bir istehsalat sahəsinin şöbə rəisi vəzifələrində işlədi.

Məhəmməd Peyğəmbərin həyatına aid elmi - tarixi populyar bir əsəri rus dilindən Azərbaycan dilinə tərcümə etdi.

Bu kitab keçən əsrin 70-ci illərində əlyazma şəklində respublikada geniş yayıldı.

İsa Əliyev Respublika Ali Məhkəməsində xalq iclasçısı kimi uzun müddət hüquqi fəaliyyət də göstərirdi.

İsa Əliyevin tərcümə kitabının ilk oxucuları da məhz onlar idi.

İsa Əliyevin bu təcümə kitabı, yəqin ki, kiminsə kitab rəfini bəzəyir.

Həmin tərcümə kitabının çap edilərək geniş yayılması tərcümə tariximiz üçün yararlı bir vəsait ola bilər.

 

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi
26.03.2019. 


0.092570066452026