Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından niyə uzaqlaşdırılıb? - “Açıqlama vermək fikrim yoxdur”  

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Azərbaycan Xalq Hərəkatından (AXH) uzaqlaşdırıldığı barədə məlumat yayılıb. Paralel.az xəbər verir ki, bu barədə musavat.com-a AXH-dəki mənbədən məlumat daxil olub.

Məlumata görə, N.Pənahlının təşkilatdan uzaqlaşdırılmasına onun "qeyri-səmimi davranışları"ı səbəb olub. Bildirilir ki, N.Pənahlı son vaxtlar AXCP sədri Əli Kərimli və başqa siyasilərlə gizli danışıqlar, sövdələşmələr içindəymiş və o, AXH rəhbərliyindən xəlvət bu cür proses aparırmış.

Onun bu hərəkətləri AXH-də narahatlıq yaratdığından, martın 25-də keçirilən yığıncaqda N.Pənahlı qurumdan uzaqlaşdırılıb.

Modern.az yayılan məlumatla abğlı Nemət Pənahlı ilə əlaqə saxlayıb. Ancaq o, bu mövzuda açıqlama vermək istəməyib:

“Bilmirəm, saytlar bu məlumatı haradan götürüb. Mən özüm bu barədə danışmamışam. Açıqlama vermək fikrim də yoxdur. Nə zaman rəy bildirərəmsə, onda xəbəri yayarlar”.


0.089685916900635