Tələbələr dəhşətli qəzaya düşdülər - 5 nəfər öldü

Koreya Respublikasının sahil şəhəri sayılan Kannın şəhərində minik avtomobilinin yoldan çıxaraq dənizə aşması nəticəsində beş nəfər həlak olub.

 

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər 6:00 radələrində baş verib.

 

Sahil mühafizə xidmətinin gəmisi “Hyundai” markalı avtomobili sudan çıxarıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilib, onlar universitet tələbələri olub. Avtomobil isə icarə götürülübmüş.

 


0.12593507766724