Türkiyə millisi Moldovaya heç bir şans vermədi

Bu gün “Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, “H” qrupunda yer alan Türkiyə millisi öz meydanında Moldova seçməsini qəbul edib.

 

Görüş türklərin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.

 

Şenol Günəşin yetirmələrinin həyətində Hasan Əli Kaldırım (24), Cenk Tosun (26, 54) və Kan Ayxan (70) fərqləniblər. Matçın 53-cü dəqiqəsində Burak Yılmaz 11 metirlik cərimə zərbəsini yerinə yetirə bilməyib.

 

Bu qələbə sayəsində Türkiyə millisi “H” qrupunda xalların sayını 6-ya çatdıraraq liderliyə yüksəlib. Moldova millisi isə sonuncu - 6 yerdə qərarlaşıb.


0.11372709274292