Gəncədə ağır qəza: yaralılar var

Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ-2107" markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.


0.086675882339478