İlham Əliyev Paşinyanla bu şəhərdə görüşə bilər

Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbədən məlumat daxil olub.

“Görüş həmsədrlərin vasitəçiliyi ilə martın 29-da Vyanada baş tuta bilər” - deyə mənbə məlumat verib.

 

Xatırladaq ki, Minsk Qrupunun regiona son səfəri zamanı rəsmi Bakı və Yerevan ikitərəfli görüşə razılıq vermişdi.


0.09358286857605