Oqtay Şirəliyevinn "Turqay" MMC maxinasiyaları

Səhiyyə Nazirliyində korrupsiyanın hökm sürməsi əsas müzakirə predimeti dir

Azərbaycanın səhiyyə sisteminin ağır vəziyyətə düşməsinin səbəbləri heç kimə sirr deyil. 2006-cı ildən Səhiyyə naziri vəzifəsinə təyin olunan Oqtay Şirəliyev təəssüf ki, ona göstərilən etimadı doğrultmur  və özü ölkə səhiyyəsinin ən böyük probleminə çevrilb.
Ölkə mediasında daim ciddi tənqid obyektinə çevrilmiş səhiyyə sahəsində heç bir irəliləyişin hiss olunmaması hər kəsin ciddi qəzəbinə səbəb olub. On iki ildir nazir kürsüsündə əyləşən, yalnız neqativ fəaliyyıti ilə insanların əsəbləri ilə oynayan Oqtay Şirəliyev sanki nazirliyi şəxsi müəssəsi kimi çalışdırır. Sözün həqiqi mənasında Səhiyyə Nazirliyi nazir tərəfindən  böyük maxinasiya və korrupsiya mərkəzinə çevrilib. Ölkənin bütün dövlət xəstəxanalarında rüşvətxorluq qapıçıdan nazirə qədər uzanır.
İstər paytaxt və iri şəhərlərdə, istərsə də bölgələrdə səhiyyə sistemində baş verənlər sözügedən nazirliyinin qeyri-şəffaf və korrupsiyalaşmış bir qurum olduğunu açıq ortaya qoyur.


Paralel.az-ın apardığı araşdırma zamanı nazirliyin fəaliyyəti ilə bağlı ciddi korrupsiya faktları üzə çıxıb. Son illər nazirliyin bir sıra rayon və şəhər xəstəxanalarının  “əsaslı təmir”ə dayandığı və dövlət büdcəsindən ayrılmış jülli miqdarda pulun düzgün xərclənməməsi durumun gerçək mənzərəsini olduğu kimi əks etdirir.
Oqtay Şirəliyevin xeyir-duası ilə  Səhiyyə Nazirliyində əsas təmir və tikinti işləri ilə “məşhur” “Turqay” MMC şirkəti məşğuldur. Adı müxtəlif qalmaqallarda hallanan bu şirkət demək olar ki, nazirliyin bütün tenderlərinin əsas qalibi kimi layihələri "udub". “

Turqay” MMC-nin bir neçə il ərzində səhiyyə nazirliyində milyonlarla manat pula sahib olması dediyimizi təsdiq edir. 2013-cü ildə 15,9 milyon manatlıq (5 milyon manat Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri, 10 milyon 960 min manat Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə),  2014-cü ildə 5,5 milyon manatlıq  ( 5,1 milyon manat Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmiri işləri, 294 min manat Respublika Talassemya Mərkəzinin təmiri, 60 min manatı Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işləri), 2015-ci ildə 11, 9 milyon manatlıq  ( 11 milyon 120 manat Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi, 775 min manat Mingəçevir Şəhər xəstəxanasının ərazisində Uşaq Reabilitasiya Mərkəzinin tikintisi) tenderlərin qalibi olub.


Ümumilikdə “Turqay” MMC səhiyyə sitemində 100 milyonlarla manatlıq tenderlərin qalibi olub. Ölkədə heç kəsin tikinti sahəsində tanımadığı bir şirkətin milyonlarla manatlıq tenderləin qalibi olmasında xeyli  qaranlıq məqamlar var. Mediada yayılan məlumatlarda isə “Turqay” MMC şirkətini səhiyyə naziri Oktay Şirəliyevin yaxın qohumlarından birinin himayə etdiyi iddia olunur. İddia edilir ki, şirkət rəhbərliyi məhz bu havadarın sayəsində milyonluq tenderlərin qalibi olur.


Həmçinin “Turqay” MMC-nin 2006-cı ildə təsis edildiyi və MMC-nin rəhbərinin Abbasov Tamerlan Yahya oğlu olması ilə bağlı mətbuatda  dəfələrlə geniş məlumatlar dərc olunub. Həmin məlumatlardan ən ilginci isə “Turgay” MMC-ni təsisçisi və rəhbəri Abbasov Tamerlan Yahya oğlunun külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə, Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinib və 1 il 6 ay müddətində azadlıqdan məhrum edilməsidir. Belə bir şirkətin böyük bir dövlət qurumunun elan etdiyi tenderləri udması da çox ciddi şübhələr doğurur.


Qeydlərdən göründüyü kimi, Səhiyyə nazirliyi sistemində təkcə təmir-tikinti sahəsində ciddi korrupsiya faktlarının movcudluğu barədə şübhələr heç də təsadüfi deyil. Səhiyyə obyektlərində təmir-tikinti işilərini aparmaq üçün ayrılmış milyonlarla dövlət vəsaitinin təyinatdan yayındırılaraq oğurlanması və mənimsənilməsi ehtimalı böyükdür.


Ölkə mediasında Oqtay Şirəliyevin nazir postundan gedəcəyi barədə yayılan xəbərlər isə heç də təsadüfi deyil. Çünki artıq Oqtay Şirəliyev Səhiyyə nazirliyini dözülməz vəziyyətə salıb və bundan sonra onun nazir kimi işləməsi, ölkə əhalisinin sağlamlığnın təhlükə ilə üzbəüz qalmasını deməkdir.

 MAHIR

 

0.40608692169189