Kamran İmanov Azərbaycandakı piratçılığın səviyyəsini açıqladı  

“Ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair  Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 171, faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və  39 Avrasiya iddia sənədi daxil olub”.


Paralel.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, həmin müddətdə 119 müraciət daxil olub.


İddia sənədlərinin ekspertizası nəticəsində20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş, 14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb.

Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2639 olub. Hesabat dövründə 3041 iddia sənədi üzərində ekspertizası aparılıb. Onlardan  214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək ÜƏMT-yə göndərilib. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatna dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası  aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hal-hazırda ilkin ekspertiza mərhələsindədir.

Haaqa sistemi vasitəsi ilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olub. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq  müsbət qərar qəbul edilmişdir. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilmişdir. Hal-hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.


2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olmuşdur. Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 pa­tent qeydiyyata alınıb. On­­lardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 pa­tent qeydiyyata alınıb. On­­lardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb. On­­lardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.

Müvafiq Dövlət re­­­yest­rin­də 1070 əm­təə ni­şanı qey­diyyata alınıb. On­­lardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb.

Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib.

Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınıb. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.


İl ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib  və əsərin qeydiyyatı haqqında 574 Şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 Şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib.

 

K.İmanov bildirib ki, ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 2007-ci ildə  3,2%-dən  2018-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik  hüququna əsaslanan  sahələrdə  istehsalın həcmi 3549,1 mln. manat təşkil etmişdi.

 

Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 25%-ə, audio-video məhsul bazarında 90%-dən 60%-ə, proqram təminatında 96%-dən 74%-ə düşüb.


0.10713601112366