SOCAR-da nə baş verir, Rövnəq Abdullayevin xətası nədir?

Hesablama Palatasımnın və Vergilər nazirlyinin yoxlaması davam edir

 

Son günlər Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR ətrafında xeyli söz-söhbətlər dolaşır, rəhbərlik tərəfindən şirkətdə baş vermiş külli miqdarda pul yayındırmalarına yol verilməsindən, geniş korrupsiya şəbəkəsindən, hətta R. Abdullayevin sabiq MTN şefi Eldar Mahmudova aylıq hesab verilməsi və digər belə hallar barədə ölkənin internet və çap mətbuatında geniş bəhs olunur.

SOCAR-da Hesablama Palatasının və Vergilər nazirliyinin eyni vaxtda yoxlamalara başlaması, yoxlamanın gedişində şirkətin tərkibində olan bəzi idarə rəhbərlərinin işdən azad olunması, bəzilərinin isə, hətta həbs olunmaları barədə xəbərlər dolaşdı. Ölkədə SOCAR ətrafında böyük  ajiotaj yarandığını hiss edən hər iki yoxlayıcı dövlət qurumu yoxlamaların xarakteri barədə yayılan yanlış xəbərlərə münasibət bildirmək məcburiyyətində qaldılar.

Əslində, SOCAR-da iri məbləğdə pul vəsaitlərinin mənimsənilməsi, şirkətdə korrupsiyanın mövcudluğu və digər mənfi hallar barədə həmin şirkətdən müxtəlif vaxtlarda işdən qanunsuz çıxarılmış əməkdaşlar tərəfindən kifayət qədər açıqlamalar verilib və bu açıqlamalar şirkət tərəfindən təkzib edilməyib. Yəni SOCAR-da gedən maliyyə maxinasiyaları, korrupsiya, rəhbər şəxslərin özbaşınalığı, şirkətdə çalışan işçilərin hüquqlarının mütəmadi pozulması halları hər zaman ölkə gündəmini zəbt edib və indi də şirkətin fəaliyyətinin şəffaflığının təmin olunmaması haqqında xeyli ciddi ittihamlar mövcuddur.

Hər kəs yaxşı bilir ki, ölkədə və dünyada SOCAR haqqında gəzən mənfi şayiələrin, söylənilən tənqidlərin kökündə, hər şeydən əvvəl, ilk növbədə bu şirkətin fəaliyyətinin şəffaflığının təmin olunmamsı dayanır. Ölkə ictimaiyyətində və beynəlxalq aləmdə SOCAR-ın fəaliyyəti ətrafında mütəmadi yaranan xoşagəlməz hallara son qoymaq üçün öncə şirkətin fəaliyyətində şəffaflığı təmin etmək lazımdır, nəhayət bu şirkətdə eyni adamların uzun müddət bir vəzifədə qalmasının qarşısı mütləq alınmalıdır. Qeyd etdiyimiz nöqsanları aradan qaldırmadan SOCAR haqqında müsbət ictimai rəyin formalaşacağını gözləmək absurddur.
http://strateq.az/manshet/78292/rovnəq-abdullayev-niyə-hədəfdədir.html

Israfil Qəriboğlu

0.076036930084229