Şeir və satira dühası - Mirzə Ələkbər Sabir

Şeir və satira dühası - Mirzə Ələkbər Sabir
 

...Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, Əmlak bizimdirsə, əyalət də bizimdir, Divan bizim, ərbabi-hökumət də bizimdir,...

 

Bu gün diqqətinizə təqdim etdiyim bu poeziya çələngi, daha satirik şairimiz Mizə Ələkbər Sabirə məxsusudur. Bunu ona görə qeyd edirəmə ki, yetişməkdə olan gənc nəsil, ümumiyyətlə Mirzə Ələkbər Sabir yaradıcılığı ilə tanış deyil. Bunu elə-belə söz xatirinə yazmıram. Son zamanlar bir çox yerlərdə söhbətləşdiyim gənclərin Sabir Əfəndimiz və onun yaradıcılığı barədə məlumatsız olduqları qənaətinə gəldim. Mirzə Ələkbər Sabir yardıcılığında insanı məftun edən, öz sehrinə salıb da, "biz niyə beləyik", deyərək düşünmək məcburiyyətində qoyan bir güc var. Sabir Əfəndinin yaradıcılığında bir müasirlik cazibəsi var. Onun şeirlərini oxuduqca, sanki real həyatımızın təsvirini görürsən və yenə də düşünmək məcburiyyətində qalırsan ki,"yəni biz son 100-120 il ərzində heç dəyişməmişik?". Mən bu gün Sabir yaradıcılığını təhlil etmək fikrində deyiləm. Sadəcə olaraq, onun yaradıcılığından bir neçə nümunəni təqdim edirəm ki, düşünün və Sabir poeziyası ilə tanış olun. Əminəm ki, bu tanışlıqdan sonra onu dönə-dönə oxuyacaqsınız.

Beləliklə, Sabir Əfəndimiz belə ərz edir öz dövrü-zamanından:

 

Millət necə tarac olurolsun, nə işim var?!

 Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədir karəm,

Dünyavü cahan ac olur olsun, nə işim var?!

 

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın,

Tək-tək ayılan varsa da, həq dadıma çatsın,

Mən salim olum, cümlə cahan batsa da, batsın;

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Salma yadıma söhbəti-tarixi-cəhani,

Əyyami-sələfdən demə söz bir də, filani,

Hal isə gətir meyl eləyim dolmanı, nani,

Müstəqbəli görmək nə gərək, ömürdü fani;

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Övladi -vətən qoy hələ avarə dolansın,

Çirkabi-səfalətlə əli, başı bulansın,

Dul övrət isə sailə olsun, oda yansın,

Ancaq mənim avazeyi-şənim ucalsın;

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Hər millət edər səfheyi-dünyadə tərəqqi,

Eylər hərə bir mənzili-məvadə tərəqqi,

Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi;

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Məgər bu gün bizim möhtərəm və möhtəşəm məmurlarımız, dövlətin varını- yoxunu talayıb xaracə daşıyan oliqarxlarımız başqa cür düşünür?

Görün Sabir Əfəndimiz o dövür Bakı fəhlələrinə xitabən nə deyir: 
Bakı fəhlələrinə

 Bu çərxi-fələk tərsinə dövran edir imdi, Fələ də özün daxili-insan edir imdi.

 

Olmaz bu ki, hər əmlə dəxalət edə fələ,

Dövlətli olan yerdə cəsarət edə fələ,

Asudə nəfəs çəkməyə halət edə fələ,

Yainki hüquq üstə ədavət edə fələ;

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

 

Fələ, mənə bir söylə, nədən hörmətin olsun?

Axı nə səbəbə söz deməyə qüdrətin olsun?

Əl çək, bala, dövlətlilərə xidmətin olsun,

Az-çox sənə verdiklərinə minnətin olsun!..

Bu çərxi-fədək tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

 

Dövlətli, amandır, özünü salma bəlayə,

Fələ sözü həqq olsa da, baxma o sədayə

Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,

Öz şənini puç eyləmə hər bisərü payə;

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

 

Aldanma, fəqirin olmaz əqli, zəkası,

Çün yoxdur onun sən kimi pakizə libası,

Yox sərvəti, yox dövləti, yox şalı, əbası,

Bir köhnə çuxası, dəxi bir təkcə qəbası...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

 

İstərsən əgər olmağa asudə cəhanda,

Ta olmayasan qəmlərə aludə cəhanda,

Fələ üzünə baxma bu bihudə cəhanda,

Öz fikrini çək, ol dəxi fərsudə cəhanda...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

 

Gör millətinin dərdini, axtarma dəvasın,

Əl çəkmə yetimin başına, kəsmə sədasın,

Zinhar qoyub dəhrdə bir xeyr binasın

Yad eyləmə, şad eyləmə millət füqərasın...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,

Fələ də özün daxili-insan edir imdi.

 

***

 

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!

 Fələ, özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

 

İnsan olanın cahu cəlalı gərək olsun,

İnsan olanın dövləti, malı gərək olsun,

Hümmət demirəm, evləri ali gərək olsun;

Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Hər məclisi-alidə soxulma tez arayə,

Sən dur ayaq üstə, demə bir söz ümarəyə,

Caiz deyil insanca danışmaq füqarəyə,

Dövlətlilərə kəndini yeksanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Fəqir ilə ğina əhlinə kim verdi müsəvat?

Mənadə də, surətdə də var bunda münafat,

Öz fəzlinin pulsuz edəməz kimsənə isbat,

Bu mümtənəi qabili-imkanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,

Məqsud müsavat isə ayrılma ceynindən,

Bir nisbətin ərbabi-ğinayə nə şeyindən?

Bir abbası gün muzdunu milyanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,

Əmlak bizimdirsə, əyalət də bizimdir,

Divan bizim, ərbabi-hökumət də bizimdir,

Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Asudə dolanmaq ikən dövlətimizdən,

Azğınlıq edirsiz də hələ nemətimizdən,

Boylə çıxacaqsızmı bizim minnətimizdən?!

Ehsanımızın şükrünü küfranmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

 

Heç bir utanırsan?!

Ya bir usanırsan?!

Əlminnətü-lillah,

Odlara yanırsan!

 

Bu günün fəhlələri ilə Sabir dövrünün fəhlələri arasında bir fərq görürsünüzmü? Görə də bilməzsinin, çünki dəyişən bir şey yox, dəyişən bircə odur ki, ərbab dönüb, məmur olub vəssalam!

Sabir Əfəndimizin o dövür kəndçilərinə xitabən yazdıqları da, fəhlələrə söylədiklərindən fərqlənmir, görün nə deyir:

 

Məzlumluq edib başlama fəryadə, əkinçi!

 Məzlumluq edib başlama fəryadə, əkinçi!

Qoyma özünü tülkülüyə, ayə, əkinçi!

 

Bir üzlə hər gün gəlib durma qapımda,

Yalvarma mənə, boynunu kəc burma qapımda,

Gahi başına, gah döşünə vurma qapımda,

Ləğv olma, ədəb gözlə bu məvada, əkinçi!

Lal ol, a balam, başlama fəryada, əkinçi!

 

Xoş keçmədi il çöllüyə, dehqanə, nə bocum?

Yağmadı yağış, bitmədi bir danə, nə borcum?

Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?

Getdi mənə nə fəhləliyin badə, əkinçi?!   

Lağ-lağ danışıb başlama fəryada, əkinçi!

 

Aldı dolu əlindən səru samanını, neylim?

Yainki çəyirtkə yedi bostanını, neylim?

Verdin borcuna keçən il yorğanını, neylim?

Ol indi palaz satmağa amadə, əkinçi?!

Lal ol, a balam, başlama fəryada, əkinçi!

 

Söz açma mənə çox çalışıb, az yeməyindən,

Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!

Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!

Çəltikdə gətir, arpa da, buğda da, əkinçi!

Yoxsa soyaram lap dərini, adə, əkinçi!

 

Sən hey de yoxumdur, çıxarıb canını, allam!

Vallahi ovub, dideyi-giryanını, allma!

Şallağə tutub neykəri- üryanını, allam!

Öz halını sal indi özün yadə, əkinçi!

Lağ-lağ danışıb başlama fəryada, əkinçi! 

 

Cütcü babasan, buğdanı ver, darı yeyərsən,

Su olmasa, qışda əridib qarı yeyərsən,

Daşdan yumşaq zəhr nədlir, marı yeyərsən,

Öyrəşməmisən ət-yağə dünyada, əkinçi!

Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!

 

Lakin mənim insanlıq olub vəzi-mədarim,

Bəyzadəyəm, asayişədir cümlə qərarim,

Meysiz, məzəsiz bitməz olur şamu nəharim;

İştə belədir haləti-bəyzadə, əkinçi!

Bəyzadələrin rəsmi budur, adə, əkinçi!

 

Bütün bu bəlaların başınad duran sən demə, qorxu imiş. Atalarımızın qorxu ilə baqlı bir misalı var, yerinə düşdü deyə qeyd etmək istəyirəm, "Qorxaq, ildə min kərə ölər". Sabir Əfəndimiz görün bu barədə nə deyir: Qorxuram

 

Payi-piyadə düşürəm çöllərə,-

Xari-müğilan görürəm, qorxmuram.

 Seyr edirəm bərrü biyabanları,-

Quli-biyaban görürəm, qorxmuram.

 

Gah oluram bəhrdə zövrəqnişan,-

Dalğalı tufan görürəm, qorxmuram.

 Gəh çıxıram sahilə, hər yanda min,-

Vəhşiyi-ğürran görürəm, qorxmuram.

 

Gah şəfəqtək düşürəm, dağlara,-

Yanğılı vulkan görürəm, qorxmuram.

 Gah enirəm sayətək ormanlara,-

Yırtıcı heyvan görürəm, qorxmuram.

 

Üz qoyuram gah neyistanlara,-

Bir sürü aslan görürəm, qorxmuram.

 Məqbərəlikdə edirəm gah məkan,-

Qəbirdə xortdan görürəm, qorxmuram.

 

Mənzil olur gəh mənə  viranələr,-

Cin görürəm, can görürəm, qorxmuram.

 Bu küreyi-ərzdə mən, müxtəsər,

Muxtəlif əlvan görürəm qorxmuram.

 

Xarici mülkündə də hətta gəzib,

Çox tühaf insan görürəm, qorxmuram.

 Leyk, bu qorxmazlıq ilə, doğrusu,

Ay dadaş, vallahi, billahi, tallahi,

Harda müsəlman görürəm, qorxuram!..

 

Bisəbəb qorxmayıram, vəchi var:

Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,

Qorxuram, qorxuram, qorxuram!..

 

Hə əzizlərim, əslində gərəkdir ki, müsəlman olmaq üçün də qorxasan, itdən, aslandan və digər canlılardan yox, Allahdan qorxasan ki, bəd əməllərə baş vurmayasan. Bunun üçün də qanasan gərək, qanmaz olmayasan.

 

Mən belə əsrarı qana bilmirəm

 Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dolana bilmirəm!..

 

Axtaxana, dağda dana böyüdü,

Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə,-

Hər sözü derkən utana bilmirəm!..

 

Neyləməli, göz görür, əqlim kəsir,-

Mən günəşi göydə dana bilmirəm!..

 Şiddəti-seylan ilə baran tökür,

Bir koma yox, daldalana bilmirəm!..

 

Derlər usan, hərzəvü hədyan demə,-

Güc gətirir dərd, usana bilmirəm!..

 Derlər otur evdə, nedim, kasibəm,

Kəsb eləməzsəm, qazana bilmirəm!..

 

Derlər, a qanmaz, de yıxıl, öl, qurtar!

Hə, balam, doğrusu, ay dadaş, mən dəxi

Məsləhət ondan o yana bilmirəm!.. 

 

Və sonda Sabir Əfəndimizin bir neçə kəlmə də, biz qəzetçilər barədə söylədiklərinə diqqət edək, bəlkə bir köməyimizə çatdı:

 

Töhmət edir qəzetçilər, -məşəri-nası bir belə!..

 Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə!.. 

Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..

 

Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu,-

Zəhməti, rənci bir belə!..zövqü səfası bir belə!..

 Cümlə məarif əhlinin haləti göz önündədir,-

Vəchi-məaşı bir belə!..Dərdu bəlası bir belə!..

 

Madəri-elmə söylənir Məryəmə söylənən tühəm,

Elmin anası bir belə!.. Cəhlin atası bir belə!..

 Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!

Dərsin əzası bir belə, xəlqın ədası bir belə!..

 

Əlqərəz, sizi Sadir Əfəndimizin yaradıcılığı ilə tanış etmək məqsədilə ayırdığım vaxt sona çatdı. İmkan olasa əgər, bu yöndə söhbətlərimiz davam etdirərik inşallah!

 

Yusif Seyid

0.014149904251099