"Azərbaycanın müstəqil siyasət həyata keçirməsi bir çoxlarının xoşuna gəlmir” - TANINMIŞ JURNALİSTLƏR

Son günlər bloger Mehman Hüseynov ətrafında şou təşkil edən daxili və xarici düşmənlər Azərbaycandakı sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxırlar. Ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan ziyalılar bu hərəkətlərin mahiyyətini izah edərək, xalqı çaşdırmaq istəyənlərin əsas məqsədlərinin nədən ibarət olduğuna aydınlıq gətirirlər.

Bugün tanınmış jurnalistlər Azər Həsrət, Aynur Camalqızı və Bəhruz Quliyevin münasibətlərini təqdim edirik.
 
Məsələyə münasibət bildirən Azər Həsrət deyib ki, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra böyük çətinlikləri keçərək, öz ayaqları üstündə durmağı bacarmış dövlətdir:
 
"Əlbəttə, yeni demokratiyada hələ də həllini gözləyən bir sıra məsələlər var. Azərbaycan dövləti öz xalqı ilə əl-ələ verərək həmin məsələlərin həlli ilə məşğuldur. Bunları edərkən Azərbaycan dövləti heç bir xarici qüvvənin və ya dövlətin çaldığına oynamır:
Картинки по запросу azər həsrət
"Xarici dairələr deyirlər ki, necə olur qısa müddət öncə müstəqil olan gənc bir dövlət dünyanın güc mərkəzləri ilə hesablaşmır, öz gücünə daxili sabitliyi təmin edir və xalq-hakimiyyət birliyini formalaşdırır. Bütün bu suallar onları ciddi narahat edir."
 
 Əslində arzuları odur ki, Azərbaycan həmin dövlətlərin ayağına getsin, onlardan borc alsın, yalvarsın, kömək istəsin. Ancaq Azərbaycan bunları etmir. Ona görə etmir ki, ölkəmiz çox ciddi və güclü bir lider tərəfindən idarə olunur. O lider ki, öz xalqının mənafeyindən başqa heç bir mərkəzlə hesablaşmır”.
 
A.Həsrətin sözlərinə görə, qərəzli təşkilatlar çalışırlar ki, Azərbaycanı daxildən qarışdırsınlar, xalq arasında təşviş yaratsınlar və ölkədəki sabitliyi şübhə altına alsınlar:
 
"Xaricdən bizə olan hücumların hamısı bununla bağlıdır. Halbuki, o hücumları edən mərkəzlərin yerləşdiyi ölkələrdə durum heç də yaxşı deyil. Daxili sabitlik və insanların təhlükəsizliyi məsələsində Azərbaycan həmin dövlətlərdən qat-qat yüksəkdə durur. Belə olan təqdirdə Qərb dairələrinin üzərimizə gəlməsi, maliyyələşdirdiyi mərkəzləri və ayrı-ayrı QHT-ləri işə salması Azərbaycanı dizə gətirmək və dövlətimizi ələ baxan, sözə baxan bir dövlətə çevirmək məqsədi güdür. Lakin biz Azərbaycan xalqı olaraq Prezidentimizin ətrafında sıx birləşərək onların niyyətlərinin baş tutmasına izn verməyəcəyik”.

Aynur Camalqızı:"Məqsəd öz çirkin niyyətlərini reallaşdırmaq, beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdir"
"Son günlər baş verənlər Azərbaycana olan qərəzli münasibətin göstəricisidir”. 
Bunu açıqlamasında "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı deyib.
 Holdinq rəhbəri bildirib ki, Ermənistanda bizimlə müqayisəyə gəlməz formada dəhşətli hadisələr baş verib. İnsanların dinc aksiyası qanla yatırılıb, əhaliyə işgəncə verilib. Amma heç vaxt işğalçı ölkəyə bu cür adekvat münasibət göstərilməyib:
 
"Avropa ölkələrində hər gün şahidi oluruq ki, dinc aksiya keçirmək məqsədi ilə küçələrə çıxan insanlara polis necə divan tutur, döyür. Avropada hansısa yazısına görə, həbsə atılan nə qədər bloqerlər var. Ancaq həmin şəxslərin adları heç zaman beynəlxalq təşkilatların hesabatında öz əksini tapmır, siyasi məhbus kimi dəyərləndirilmir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların Azərbaycandakı əlaltıları olan "5-ci kalon”un "fəaliyyəti” nəticəsində ölkəmizdə hər şey qara rəngdə göstərilməyə cəhd edilir. Məsələn, Mehman Hüseynov olayını misal gətirmək istəyirəm. Bu arada həbsxanaya gedərək M.Hüseynovla görüşən hüquq müdafiəçilərinə öz təşəkkürümü bildirirəm. Onlar bir çox məsələni aydınlığa qovuşdurdular. Müxalifətin apardığı qarayaxma kampaniyası çərçivəsində müxalifətə aidiyyəti olmayan insanlarda belə M.Hüseynovla bağlı müəmma yarandı, görəsən həbsxanada nə baş verir, ona qarşı hansısa haqsızlıq edilirmi və s. hüquq müdafiəçiləri həbxsanaya gedib Mehmanla görüşəndən və onun fotosunu paylaşdıqdan və Mehmanın razılığı ilə həbsdə gördükləri barədə açıqlama verəndən sonra bütün məqamlar aydın oldu. Hamı bildi ki, orada qeyri-adi heçnə baş verməyib. Həbsxanada baş vermiş məsələdə əslində Mehmanın özü günahkardır. Azərbaycan qanunlarına görə, həbsdə olan məhbusun cibində yüksək məbləğdə pul olmamalıdır. Bu pul haradan və necə gəlib məhbus həyatı yaşayan Mehmanın cibinə düşüb?!”.
 A.Camalqızı bəyan edib ki, Mehmanın fotosunu hamı gördü:
 "O, heç də günlərlə ac qalmış, heydən düşmüş, xəstə görkəmə malik durumda deyildi. Hətta azadlıqdakı görünüşündən qat-qat yaxşı vəziyyətdə idi. Bütün yaşananlar göstərdi ki, bu, müxalifətin yaratdığı süni və şişirdilmiş kampaniyadır. Əslində onlar istəyirlər ki, Mehman Hüseynov həqiqətən də aclıq aksiyasına başlasın, hətta deyərdim ki, gəncin məhvinə belə razı idilər. Məqsəd öz çirkin niyyətlərini reallaşdırmaq, beynəlxalq təşkilatlar qarşısında götürdükləri öhdəlikləri
yerinə yetirməkdir. Buna görə Mehmanı da qurban verməyə hazırdılar. Çox təəssüflər olsun ki, bu prosesdə ən aktiv rol oynayanlar onun ailə üzvləri oldu. Avropada yaşayan qardaşı Emin Hüseynov xüsusi canfəşanlıq göstərdi. Qardaşı heç cür razı deyildi ki, Mehman aclığı dayandırsın. Yəni bu qədər absurd və insani münasibətlərə sığmayan bir vəziyyət yarandı. İnsan sadəcə heyrət və təəssüf edir. Əfsuslar olsun ki, bu cür insanlarla eyni ölkədə yaşayır, eyni havanı uduruq. Dünya ictimaiyyəti də baş verənlərə ikili standartlar mövqeyindən yanaşır”.
 
Media rəhbərinin sözlərinə görə, Azərbaycandakı proseslər "5-ci kalon”un yanlış məlumatları ilə onlara ötürülür, onlar da həmin yanlışlardan Azərbaycanın əleyhinə gen-bol istifadə edirlər: 
 
"Müxalifətin başlatdığı qarayaxma kampaniyasının media və hüquq müdafiəçilərinin sayəsində necə iflasa uğradığını göstərmək mümkün oldu. Yaxşı olardı ki, məsələyə Azərbaycanın ziyalıları da münasibət bildirsinlər. Bilirsiz ki, bir neçə gün əvvəl Əkrəm Əylisli öz müsahibəsində bəyan etmişdi ki, "Azərbaycanda ziyalı yoxdur”. Düşünürəm ki, indiki məqamda bəzilərinin "yox” hesab etdikləri böyük ziyalı ordusunun səsi eşidilməlidir”. 
0.10693097114563