“Omez” xərçəng yaradır?

“Omez” xərçəng yaradır?
 

Eyyub Hüseynov: “Bu cür məlumatların doğruluğu elmi əsaslarla sübut olunmalıdır”

 

Mədə turşuluğu çox olan və ya mədə müalicəsi alan insanların qəbul etdiyi “Omez”, “Omeprazol” kimi mədə dərmanları apteklərdə reseptsiz satılır. Mədə turşuluğundan əziyyət çəkən insanların əksəriyyəti həkim təyinatı olmadan da bu dərmanlardan istifadə edir. Tibb.fins.az-ın xəbərinə görə, mədə-bağırsaq traktı xəstə olan insanlar mədə turşuluğunu azaldan dərmanlardan az qala hər gün istifadə edirlər. London Universitetinin əməkdaşları isə uzunmüddətli istifadə zamanı bu vasitələrin mədə xərçənginə yoluxma riskini yüz faizədək artırdığını bildiriblər.

İnsanlarda çaşqınlıq yaradan bu informasiya barədə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, “Omez”in ziyanı barədə təmsil etdiyi quruma heç bir müraciət daxil olmayıb: “Belə məlumatların düzgünlüyü elmi əsaslarla sübut olunmalıdır. İnsanlar arasında, hətta internet resurslarında da belə məlumatlar yayıla bilər. Amma həmin dərmanın ziyanını yalnız elmi-tibbi mənbələrin araşdırmasından sonra əminliklə demək olar.

Sözügedən dərmanların ziyanı barədə istehlakçılar tərəfindən bugünədək bizə heç bir müraciət daxil olmayıb”.

 N. Orucova

0.063077926635742