Fazil Talıblının “ayrıseçkilyi” yanlş hərəkətdir

Onun cılız hərəkətlərə yol verməsi tutduğu vəzifə ilə uzlaşmır

  

 

Ölkəmizdə mətbuata xüsusi qayğı göstərilməsinin, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasının, onların peşəkarlığının yüksəldilməsinin cənab prezident tərəfindən diqqət mərkəzində saxlaması artıq sistem halı alıb. Bu sahədə dinamik və ardıcıl fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun son illər ərzində gördüyü işlər təqdirəlayiqdir. Fond artıq 10 ilə yaxındır ki, olduqca səmərəli fəaliyyət göstərərək, ölkəmizin müstəqil mediasının inkişafına, juranlistlərin maddi vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşmasına və onların peşəkarlığının yüksəldilməsinə kifayət qədər yaxşı köməklik edir.

 Image result for fazil talıbov

Fond yarandığı gündən medianın və burada çalışan jurnalistlərin iqtisadi durumunu yaxşılaşdırmaq üçün bir neçə istiqamətdə faydalı və məqsədyönlü iş aparır. Belə səmərəli işlərdən biri də KİV DF-nin dövlət qurumları ilə birlikdə fərdi jurnalist yazı müsabiqələrini keçirilməsi ənənəsidir. Bu ənənə bu il də uğurla davam etdirilib. Təəssüfləndirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə keçirilmiş sonuncu müsabiqə zamanı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının ( müsabiqə yazıları ilə bağlı əməkdaşlarımız mətbuat xidmətinə müraciət edərkən, o, mənim yazılarımda nazirliyin haqsız tənqid olunduğunu bildirmişdi və biz bu rəyə əsasən, əvvəlcədən bilirdik ki, bizdən heç kim müsabiqədən heç nə gözləyə bilməz və heç gözləmirdik də!) təsiri ilə şöbə müdiri vəzifəsində çalışdığım “Paralel” qəzetinin müsabiqəyə yazı təqdim etmiş 6(!) əməkdaşından heç biri, hətta həvəsləndirici mükafatçılar sırasına belə, düşməyə layiq bilinməyib! Sadəcə olaraq, bu hadisəyə təəssüf edirik və keçmiş olsun,- deyirk...

 

Bu yazını yazmayıb, susa da bilərdim. Amma susmaqdansa, yazmağın və cənab Fazil Talıblının tutduğu vəzifəyə uyğun olmayan yanlış hərəkətini fiksə edib, ictimailəşdirməyin daha çox faydalı olduğunu düşündüm. Qoy, F. Talıblı bilsin ki, onun jurnalistlərlə bu cür yanlış davranışından xəbərimiz var. Çünki Talıblı kimi, dövlət orqanlarında əyləşdirilmiş və əyləşdiyi kürsünü şəxsi mülkü hesab edən bəzi məmurların bir daha qəflət yuxusundan ayıldılmasına ciddi ehtiyac var. Mətbuat həyatın aynasıdır. Əgər aynada yaxşı görünmürsənsə, aynanı sındırmağa yox, yanlışını düzəltməyə cəhd et.

 

Cənab Prezidentimiz İlham Əliyev hər dəfə çıxışlarında məmurlara xatırladır ki, məmurlar xalqın xidmətçisidirlər və vəzifə borcunu ləyaqətlə yerinə yetirməyə borcludurlar! Bəli, adi günlər öz yerində, hətta özünün ad günündə, bayram və istirahət günlərində belə, xalqın yanında olan, bütün ailə üzvləri ilə birlikdə xalqın və dövlətin fövqündə dayanmağı qətiyyətlə bacaran əvəzedilməz PREZİDENTİN komandasında təmsil oluanan Fazil Talıblı kimi, tənqid olunduğuna görə, qəzetdə çalışan jurnalistləri təqib edib, onları müsabiqədən kənarda qoyması nə nazir Sahil Babayevə, nə də onun mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya yaraşan hərəkət deyil!.... Keçmiş olsun, Fazil bəy!

0.14283180236816