Bu gun paytaxt monitorlarında bu video yayımlanacaq

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə videoçarx hazırlayıb.

Qurumdan Paralel.az-a bildirilib ki, layihənin reallaşdırılmasında məqsəd gənc nəsildə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq. Sözügedən çarx noyabrın 9-da kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda da yayımlanacaq.

Qeyd edək ki, layihənin çəkilişi Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

 

0.14092707633972