Cahangir Əsgərovun AZALı xalqın qanını sorur, talayır
Hazırda əsas müzakirə mövzularından biri "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) fəaliyyətidir.
Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar versə də, bu sahədə AZAL rəhbərliyi tərəfindən hər hansı ciddi addım atılmayıb. Düzdür, prezidentin tənqidindən sonra AZAL rəhbəri Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını və bir neçə istiqamət üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını açıqladı. Aşağı büdcəli sərnişindaşıma xətlərindən biri Bakı-Antalya-Bakı xətti bu ayın əvvəlindən işə düşməli olsa da, verilən məlumatlar göstərir ki, C. Əsgərovun verdiyi bu vəd də yerinə yetirilməyib.
Hər halda AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər deyirlər ki, ucuz bilet almaq istəsələr də, tapa bilməyiblər. Kassalarda onlara deyiblər ki, bilet yoxdur.
Göründüyü kimi, AZAL rəhbərliyi prezidentin tənqidindən sonra bir necə istiqamət üzrə qiymətləri aşağı salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir.
Məsələ ondadır ki, Azərbaycanın hava məkanını inhisara alan, ucuz sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmayan AZAL rəhbərliyinin bu cür qiymət siyasəti yalnız vətəndaşların soyulmasına deyil, eləcə də, dövlətə ciddi ziyan vurur.
BİRİNCİSİ: Biletlərin qiymətinin qonşu ölkələrlə müqayisədə dəfələrlə yüksək olması yolverilməzdir. Bu, Azərbaycana turistlərin cəlb olunmasına mane olur və bunun da çoxsaylı zərərləri var. Belə ki, ölkəyə xarici valyutanın gəlməsinin qarşısını alır, işgüzar mühiti aşağı salır, bölgələrin turizm potensialından istifadəyə imkan vermir, xidmət sahəsində maaşalanların gəlirlərinin aşağı səviyyədə qalmasına səbəb olur, bu sahədən büdcəyə daxl olan vergilərin aşağı səviyədə qalmasına gətirib çıxarır və sair.
AZAL şirkəti hər il olduğu kimi, bu il də bəzi reyslərin qiymətlərini çox, hətta bir neçə dəfə qaldırdığına görə, sərnişinlərin ciddi narazılığına və kəskin etiraza səbəb olub.
Məsələn, qonşu Gürcüstanda Tiflis-Lvov reysinin 1 nəfər üçün müəyyən etdiyi qiymət bir tərəfə gedişi üçün 200 AZN olduğu halda, Bakı-Lvov reysində bu qiymət 375 AZN-dir(!) Sual olnur, niyə? Görəsən, Cahangir Əsgərovun bu milləti soyub talamasının sonu olacaq, ya yox?!
Bundan əlavə, gözlənilməz hadisələrin baş verməsi nəticəsində vətəndaşların biletləri geri qaytarması və ya vaxtının dəyişdirməsi zamanı da xeyli pul itgisi ilə üzləşirlər. Bütün bu faktlar AZAL rəhbərliyinin ölkə Prezidentinin və xalqın tənqidinə əhəmiyyət vermədiyini təsdiq edir və Cahangir Əsgərovun həddini aşdığını göstərir.
İkincisi: AZAL rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək olması şirkətin potensialından lazımı şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, AZAL-ın xidmətindən imtina etməyə məcbur edilir .
Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir. Təsadüfi deyil ki, AZAL-ın uzun illərdir ki, büdcəyə bir qəpik də olsun, vəsait ödəmədiyi, ziyanla işlədiyi bildirilir. AZAL iri vergi ödəyicisi olsa da, büdcə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Şirkətin dövlət büdcəsinə ödəməli olduğu vəsaitləri hər il nəzərdə tutulduğundan kəm ödəyir və buna görə, heç bir cəriməyə və cəzaya da məruz qalmır.
Şübhəsiz ki, AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz şirkətdəki korrupsiya, gəlirlərin mənimsənilməsi və lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır. Elə son aylar AZAL-ın qiymət siyasətinə qarşı kampaniyanın müəlliflərindən biri olan tanınmış hüquqşünas Aslan İsmayılov da bu fikirdədir. O, mediaya son açıqlamasında bildirib ki, AZAL-ın qiymət oyunbazlığı, sadəcə, vətəndaşların aldadılması deyil: "Atılan addımlar AZAL prezidenti Cahangir Əsgərovun öz korrupsiyasını ört-basdır etməyə hesablanıb. Qiymətlərin aşağı salınması görüntüsünü yaratmaq üçün fırıldağa əl atdı və Moskvaya, Türkiyəyə bir tərəfə təyyarə biletinin qiymətinin 99 avroya endirildiyini bəyan etdi. Məlum oldu ki, belə ”qiymət endirimi” faktiki olaraq əvvəlki bilet qiymətindən də bahadır. Yəni bir tərəfə 99 avro, geri dönməyə 99 avro və üstəlik də baqaja görə 50 avro ödənilməsi tələb olunur . Bu barədə yazdıq və ifşa etdik. Cahangir Əsgərov elan etdi ki, qiymətləri 30 faiz azaldır. Faktiki isə qiymət azalmayıb. AZAL baha qiymətdən imtina etməyib. Həmin əvvəlki yüksək qiymətlər olduğu kimi qalı r”.
Üçüncüsü: "AZAL”ın öz müştərilərinə, ölkəmizə gələn turistləri ilə bağlıdır. Belə ki, təyyarədən enən müştərilərin qabağını kəsən taksi sürücüləri HAVA LİMANIMIZDA BANQLADEŞ MÜHİTinin yaradılması üçün "əllərindən gələni” edirlər. Bəzən bir müştərini qazanmaq üçün 5-6 taksi sürücüsü ciddi şəkildə fiziki mübarizəyə başlayırlar. Hazırda ilk sırada dayanan taksilərdən gündəlik hesab alınır və bu məbləğ kifayət qədər böyükdür.
Dördüncüsü: Aeroporta qonaq yola salan avtomobillər giriş qapısına qədər buraxılmırlar. Ənənəvi park yerinin son hissəsində dayanan AZAL əməkdaşı giriş qapısınadək irəliləmək istəyən sürücülərdən 5 manatdan pul yığır. Bir sözlə, AZAL daxilində hər bir əməkdaş öz korrupsiya obyektini inşa edərək, pul qazanır və hər kəs qazancına görə C. Əsgərova hesab verir.
Beşincisi: Dövlət büdcəinin milyonlarını talayan AZAL həm də avia sahəsini ciddi şəkildə inhisara alıb. Məqsədyönlü şəkildə yeni aviaşrkətlərin ölkəmizə gətirilməsinin qarşısı alınır ki, bu da əhaliyə daha ucuz qiymətə daha yüksək xidmət təklif edilməsini təmin etməyə imkan vermir. Halbu ki belə şirkətlərə imkan verilsəydi, bu sahədə olan boşluq aradan qaldırıla bilər.
(7News.az)
P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.