Valideyn uşqaların tərbiyəsində ciddi simadır

Bəzən uşaqların tərbiyəsini məktəbin üzərinə qoyanlar da olur

 

Məktəbin uşaqların tərbiyəsində oynadığı rol haqqında çox yazılıb. Bu mövzuda hələ bundan sonra da xeyli yazılar yazılacağına şübhə yoxdur. Çünki cəmiyyətin gələcək taleyi yeni nəslin düzgün tərbiyə olunmasından çox asılıdır. İllər ötüb keçdikcə, zaman dəyişdikcə tərbiyənin dəyişən zamana və mühitə uyğunlaşmasına həmişə olduğu kimi, yenə də böyük ehtiyac olacaq. Əlbəttə, gənc nəsilin tərbiyəsi uşağın böyüdüyü ailədə və oxuduğu məktəbdə formalaşır. Ona görə də bu iki tərbiyə ocaqları arasında daimi əlaqə vacibdir. Məktəbdə qurulan təlim-tərbiyə işi adətən, ümumi xarakter daşıdığına görə, uşaqların fərdi xüsusiyyətlərinin diqqətdə saxlanması məsələsini arxa plana atır. Bu səbəbdən də tərbiyə istər-istəməz iki mərhələyə bölünür. Uşağın ən çox vaxt keçidiyi ailədə və günün dörddə bir hissəsini əhatə edən məktəbdə verilən təlim və tərbiyənin də özünəməxsus üstünlükləri və çətinlikləri var.

Məlumdur ki, uşaqlar günlərinin çox hissəsini evdə, ailədə keçirirlər. Bu müddət ərzində uşqalar valideynlərinin nəzarətində olsalar da, valideynlər ailə və iş qayğıları ilə daha çox məşğul olmalı olduqlarına görə, uşqalrın vaxt bölgüsünə nəzarət edə bilmirlər. Bu da uşaqların normal istirahət etmələrinə və müəllimlər tərəfindən evə verilmiş tapşırıqların həll olunmasına valideyn nəzarətinin itirilməsi ilə nəticələnir. Uşaqların təlim-tərbiyə prosesində ailə-məktəb cütlüyünün qarşılıqlı əlaqələrinin güclü olması gənc nəsilin yüksək səviyyədə yetişdirilməsinin əsasıdır. Ona görə də bütün dövrlərdə psixoloq və pedaqoqlar ailə ilə məktəbin, valideynlə müəllimin əlbir işləmələrinə xüsusi diqqət yetiriblər.

Təcrübədən bilirik ki, hazırda uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müasir məktəblər uğurla fəaliyyət göstərir. Uşaqlar elmi, fiziki və bədii cəhətdən mükəmməl inkişaf etməklə bərabər, ictimailəşirlər, kollektiv içərisində davranış qaydalarına yiyələnir, müəllimin nəzarəti altında  gündəlik fəaliyyətlərini davam etdirirlər. Bu cür fəaliyyətlər uşaqlar üçün nə qədər yaxşı məşğulluq şəraiti yaratsa da, vaxtdan səmərəli istifadə üçün geniş imkan açsa da, uşaqların hər gün valideynləri ilə görüşmələrindən əldə etdikləri mənəvi qidanın, enerjinin yerini vermir. Ona görə də valideynlərin uşaqlarının tərbiyəsini tamamilə məktəbin üzərinə atması, uşaqları ilə gündəlik təmaslardan uzaqlaşmaları kimi, az da olsa, rast gəlinən mənfi hallara haqq qazandırmaq olmaz.

Hər bir valideyn analamalıdır ki, gənc nəslin tərbiyəsində və sağlam böyüdülməsində iki güclü, bir-biri ilə sıx bağlı olan və uşaqların həyatında həlledici sima var: valideyn və müəllim!

 

0.23694896697998