Quba və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 17-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə küləkli hava şəraiti müşahidə olunub.
Xidmətdən Paralel.az a bildirilib ki, ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü: Qubada 3 sm, Xınalıq, Şahdağ, Gədəbəyin dağlıq ərazilərində 1 sm olub.
Göygöldə 7 mm, Qax (Sarıbaş), Daşkəsəndə 3 mm, Ağstafa, Şahbuzda 2 mm, Naftalan, Gəncə, Goranboy, Culfa, Zaqatala, Balakən, Şəki, Quba, Tərtər, Bərdə, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Ağdam, Xaltan, Şabran, Şirvan, Altıağac, Naxçıvan, Şərurda 1 mm-dək yağıntı qeydə alınıb.
Noyabrın 16-sı axşam saatlarında ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından tədricən 8-13 m/s-dək mülayimləşib.
Altıağac, Şamaxı, Qusar, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 3, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.