Söhbət niyyətdən gedir...

Söhbət niyyətdən gedir...
 

İnsan aldatmaq istəyirsə, bunu hər yerdə edə bilər. Söhbət niyyətdən gedir.

Paralel.az xəbər verir ki, bunu "Qalatasaray"ın sabiq futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Arda Turanın həyat yoldaşı Aslıhan Doğan deyib. O, Volkan Dəmirəlin həyat yoldaşı Zeynep Sever Dəmirəlin "Youtube" verilişində qonaq olub.

Proqramda Zeynep Sever Aslıhana “Dubay, Tailand, Kuba, Moskva, Bodrum, Kipr, Paris və ya Kartalkaya... Həyat yoldaşınızı bunlardan hansına tək tətilə göndərməzsiniz?” sualını verib. O isə cavabında bunları deyib:

“Ən az Bodrum deyərdim. Çünki hamı səyahət edir, əylənir, amma həyat yoldaşlarımız bunu edəndə böyük bir iş olur. Mövzu böyüyür. Türkiyədə onların azadlıq məkanı çox məhduddur. Xaricdə belə bir şey yoxdur. Mən Moskva məsələsini da durub düşünərdim. Yeri gəlmişkən, insan aldatmaq istəyirsə, bunu hər yerdə edə bilər. Söhbət niyyətdən gedir. Əslində Ardanın şəhər məhdudiyyəti olmamalıdır”.

 

0.01488995552063