Yeni ildə neçə gün iş olmayacaq?

Yeni ildə neçə gün iş olmayacaq?
 

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı məlum olub.

Paralel.az Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.

2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə - bazar ertəsinə təsadüf edir. Dekabrın 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də, yəni 3 gün ardıcıl iş olmayacaq. 3 yanvar həftənin cümə günü, yəni iş günüdür. Ondan sonrakı günlər 4 və 5 yanvar isə şənbə-bazar, yəni istirahət günlərinə düşür.

Belə hallarda adətən Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.

Dekabrın 28 (şənbə günü), 29 (bazar günü),  31-i, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. 30-u da həmin günlərə əlavə olunarsa, ardıcıl 6 gün qeyri-iş günü olacaq. Müvafiq qərarla 3 yanvar da qeyri-iş günləri sırasına daxil edilərsə, ardıcıl 9 günün qeyri-iş günü olması mümkündür.

Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetindən hələ ki qərar verilməyib. /BizimMedia

 

0.028586864471436