Yeni "Avatar"dan səhnələr nümayiş olundu

Yeni
 

"Disney" kinostudiyası Braziliyada D23 tədbirinə ev sahibliyi edir.

Paralel.az oxu.az-a istinadən xəbər verir ki, tədbirin bir hissəsi olaraq şirkət "Avatar: Od və kül" ("Avatar 3") filminin konseptual səhnələrini nümayiş etdirib.

Onlar filmin füsunkar aləmini təsvir edirlər. Bundan əlavə, rejissor Ceyms Kemeron filmin post-prodakşn mərhələsində olduğunu deyib, bu isə çəkilişlərin artıq başa çatdığını bildirir.

Üçüncü hissənin premyerası 19 dekabr 2025-ci ildə baş tutacaq. "Avatar 4"ün 21 dekabr 2029-cu ildə, "Avatar 5"in isə 19 dekabr 2031-ci ildə nümayişi planlaşdırılır. Filmin dördüncü çəkilişlərinə bu il yanvarın sonunda başlanılıb.

 

0.019942998886108