Baydendən Rusiyaya raket zərbəsi icazəsi: Tramp üçün çətinlik

Baydendən Rusiyaya raket zərbəsi icazəsi: Tramp üçün çətinlik
 

Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydendən Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərdən zərbə endirilməsinə icazə verilməsini xahiş etmək istəyirlər.

Paralel.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.

Britaniya hakimiyyəti ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti yanvarda başa çatana qədər Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verəcəyini gözləyir. 

“Biz növbəti administrasiyaya qədər hər şeyi fasilədə saxlamaqdansa, yanvarın 20-nə qədər olan vaxtdan səmərəli istifadə etməkdə çox maraqlıyıq”, - deyə adı açıqlanmayan mənbə nəşrə bildirib. Digər mənbə qeyd edib ki, Britaniya hökuməti yaxın həftələrdə Baydendən Kiyevə iqtisadi yardımı sürətləndirəcəyini gözləyir.

Qəzetin yazdığına görə, Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərinin Rusiyanın dərinliklərinə endirilməsi üçün istifadəyə icazə verilməsi məsələsi noyabrın 11-də Parisdə Fransa prezidenti Emmanuel Makron və baş nazir Key Starmer arasında keçiriləcək görüşdə müzakirə olunacaq. 

Nəşrin yazdığına görə, bu addım reallaşacağı təqdirdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlayarkən qərara yenidən baxması çətin olacaq.

 

 

0.017822027206421