Türk Dünyasının böyük yazıçıısı Çingiz Aytmatovun sonuncu yubileyi Bakıda

Türk Dünyasının böyük yazıçıısı Çingiz Aytmatovun sonuncu yubileyi Bakıda
 

2008-ci il fevral ayının 24-də Azərbaycan Respublikası Prezident Aparatının İctimai-siyasi şöbəsinin diasporalarla iş üzrə sektorunun müdiri Qafar Əliyevin, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Arif Ağayevin, Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun sədri Nüsrət Məmmədovun təşəbbüsü, Bakıda fəaliyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı və "Klassik-Aİ" MMM-nin maliyyə dəstəyi ilə Türk dünyasının fəxri, dünya şöhrətli yazıçı Çingiz Aytmatov 80 illik yubiley tədbirlərinin geniş keçirilməsi üçün Azərbaycana dəvət olunmuşdu.

Səfər proqramı çərçivəsində görkəmli yazıçı fevral ayının 25-də onu müşayiət edən şəxslərlə birlikdə Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidə önünə ATXƏM adından əklil qoyulmuşdu.

Çingiz Aytmatov ATXƏM-in yeni ofisinin açılış mərasimində iştirak edərək, acılış lentini kəsmişdir. Elə oradaca kutləvi informasiya vasitələrinin əməkdaşları ilə görüşmüş və jurnalistlərin suallarını cavablandırmışdı. Görüşün sonunda Çingiz Aytmatov ATXƏM-in "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazmışdır.

ATXƏM-in qonağı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunaraq, "Dostluq" ordeni ilə təltif edilmişdi.

ATXƏM Bakı Əyləncə Mərkəzində Çingiz Aytmatovla respublika ziyalılarının geniş kontinqentinin görüşünü təşkil etmişdi. Tədbirdə Qazaxstan, Özbəkistan, Türkiyə səfirliklərinin nümayəndələri iştirak etmişlər və hörmətli qonağa milli atributları əks etdirən hədiyyələr təqdim olunmuşdu.

Fevral ayının 26-da Xocalı Soyqırırmı günü ATXƏM-in rəhbərliyi Çingiz Aytmatovla birlikdə soyqırım abidəsini ziyarət edərək, abidə önünə ATXƏM adından əklil qoymuşdu.

Dünya şöhrətli yazıçının 80 illik yubileyinın bütün Türk Dünyasında qeyd olunması nəzərdə tutulurdu. İlk olaraq Azərbaycanda keçirildi. Təəssüf ki, Qırğızıstana qayıtdıqdan bir müddət sonra böyük yazar dünyasını dəyişdi. Bununla da Bakıda keçirilmiş yubiley tədbiri onun sağliğinda keçirilən sonuncu tədbir oldu.

Sevindirici haldır ki, cənab Prezident İlham Əliyev Bişkek səfərində Çingiz Aytmatovun ev muzeyini ziyarət edib və ona böyük yazarın oğlu Eldar Aytmatov tərəfindən Aytmatov adına orden təqdim olunub.

Biz də çox məmnunuq ki, vaxtilə Ç.Aytmatovun yubiley ərəfəsində Bakıya səfərinin və burada keçirilən tədbirlərin təşkilatçısı olmuşuq.

ATXƏM İB-nin sədri
İlham İsmayılov

0.037087917327881