Türkiyədə zəlzələ olub
Türkiyənin Elazığ şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Paralel.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:04-də, təxminən 16,22 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində hər hansı tələfat və ya dağıntı olmadığı bildirilir.