"Qırmızı bayraq" xəbərdarlığı edilib
Bu həftə Cənubi Kaliforniyada meşə yanğınlarına səbəb olan güclü küləklərin güclənəcəyi gözlənilir.
Paralel.az xəbər verir ki, Milli Meteoroloji Xidmət bu gün yerli vaxtla saat 18:00-a qədər "qırmızı bayraq" xəbərdarlığı edib ki, bu da "yanğının ekstremal xarakter almaqla həyati təhlükə törətdiyi”ndən xəbər verir. Xəbərdarlığın Cənubi Kaliforniya və San Fransisko Körfəz Bölgəsində 25 milyon insana təsir edəcəyi gözlənilir.
Los-Ancelesin şimal-qərbində yerləşən Ventura qraflığında bütün məktəblər yanğınlar səbəbindən cümə gününə qədər bağlanıb.
Bu həftənin əvvəlində sinoptiklər xəbərdarlıq ediblər ki, "Cənubi Kaliforniya tarixindəki ən pis yanğınlardan birinin" baş verəcəyini göstərən şərtlər yaranıb.