Beyləqan şöbəsinin müdiri Su kanal idarəsinin işçilərini kütləvi işdən çıxarıb.

Beyləqan şöbəsinin müdiri Su kanal idarəsinin işçilərini kütləvi işdən çıxarıb.
 

Beyləqanda 138 ailə gərginlik içindədir

"Paralel" qəzeti redaksiyasına daxil olan çoxsaylı şikayətlərə əsasən, demək olar ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yaranması və agentliyin rayon şöbələrinə təyin olunan rəhbər şəxslərin bəziləri ölkədə ciddi narazılıq yaradırlar.

ADSEA-nın "Azərsu" ASC və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin birləşməsi nəticəsində yaranması əksər rayon şöbələrində düz aparılmır.

ADSEA-nın Beyləqan, Kürdəmir və bir sıra digər rayon şöbələrində "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin" işçiləri "islahat" adı altında işdən kütləvi işdən çıxarılır. Bu da işdən çıxarılan işçilərdə və ailələrində ölkə rəhbərliyinə qarşı ciddi narazılıq yaradır.

Məsələn, Agentliyin Beyləqan şöbəsinin işdən kütləvi çıxarlanların şikayət məktubunda göstərilir ki, yeni təyin olunmuş şöbə müdiri Zahid Sadıqov 138 nəfər işçini "islahat" adı ilə işdən azad edib. Şikayətdə həmin insanların arasında ixtisas, peşə, əmək stajı, tutduğu vəzifə və digər kateqoriyalara uyğun gəlib-gəlməməsi barədə Azərbaycanın "Əmək Məcəlləsin"də təsbit olunmuş əsas müddəalara heç bir fərq qoyulmayıb.

Şikayətçilərin yazdığına görə, Agentliyin Beyləqan şöbəsinin müdiri Zahid Sadıqov idarəetmədə əsasən, qohumbazlıq, yerlibazlıq, yuxarıdantapşırma kimi mənfi meyllərin üstünlük təşkil etməsi ölkədə iki ASC-nin birləşməsi nəticəsində yerlərdə yaradılan şöbələrə təsadüfi kadrlar rəhbər təyin olunduğu aydın hiss olunur.

Bu da ölkə Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın yerinə yetirməsində əyintilərə gətirib çıxaracağına heç bir şübhə yeri qoymur.

Məğrur
Beyləqan

0.04312801361084