Türk milliyyətçiliyi və din - Şakir Ulubəy
Bizim millətçi dünaygörüş dini inkar etmir,əksinə dini bir ruhi amil kimi milətçiliyin milli mənəvi dəyərlər sisteminə daxil olmasına çalışır.
Siyasi xadimlər və təşkilat,partiyalar əsasən də millətçi qurumlar dinlə münasibətdə ehtiyatlı olmalıdırlar.Əhalinin çox hissəsi filosof olmadığı kimi,din inanc yeri olmaqla,bir çoxları üçün həyati əhəmiyyət daşıyan dəyərlərdəndir.
Dindarların müxtəlif dini ayinləri yerinə yetirərəkən onlar öz fəaliyyətlərində əxlaq və ideallığa doğru dəyişiklik hiss edirlərsə,ruhi cəhətdən rahatlıq tapırlarsa, niyə də bu Tanrı nemətindən istifadə etməsinlər.Qadağalar hər hansı müsbət dəyişikliyə gətirib çıxara bilmədiyi üçün dinlə ünsiyyət hər bir insanın fərdi istəyi ilə həyat keçirilə bilər.
Ancaq dinin kütləviləşməyi və onun təşkilatlanması,və strukturun kimə tabe olması və hardan təlimatlanması olduqca vacib məslədir.
Lakin neçə illər qabaq Din öz əhatə dairəsini genişləndirdikcə və milli institutları sıxışdırıb aradan çıxardı və milli mənəvi dəyərlər, dini dəyərlərlə əvəz olundu,bunun da mayasında ərəb əxlaq və kültürü dayanırdı.
Dinin vacib şərtlərindən biri budur ki,ayinlər əsasən ərəb dilində olmalı,ərəb dilində öyrənilməli,vacib əməlləri yerinə yetirərəkən biraz affekt vəziyyətə düşən insanın açıq olan şüuraltısına daha güclü təsir etmək mümkün olunmaqla onun milli genetik kodunu zədələsin. Genetik kod,millətin minillik yaddaşıdır,o şüurun ən dərin qatında yerləşir,lakin xüsusi təmrinlər,uzun müddətli ruhi təsirlərlə,ona tam olmasada,üst qatına təsir edə bilərlər.
Tez-tez işlətdiyimiz manqurt ifadəsi,şüuru tamam,şüuraltısı zədələnmiş insanlardır ki,genetik kod vasitəsi ilə onun yaddaşını bərpa eləmək olur.
Lakin genetik kod,Tanrıdan insana bir başa verildiyi üçün ,heç kim,nə din ,nə də digər metodlarla ona tam təsir etmək mümükün deyil.
Azərbaycan Türkləri islam dinini zorla qəbul etmişlər və min ildən çoxdur ki, bunun könülllü və ya zorla qəbul edilməsi mübahisəsi davam edir.Bu artıq elə bir əhəmiyyət kəsb etməsədə,onu deməyi lazım bilirəm ki,heyvanlar belə öz ərazilərini qorumaq üçün müəyyən nişanlar qoyur və onun müdafiəsinə daima hazır olurlar.İnsanlarda ərazilərini yadellelərdən qorumuşlar.
. Ruhi aləm də insanın şüuri aləmidir,təbiidirki,öz milli mənəvi dəyərlərdən fərqli bir inancın ora daxil olmasına könüllü imkan verməz.
“Millətçi ideologiya millətin malik olduğu dinlə daha effektiv təbliğ olunub ruhaniləşə bilər.”
Bizim irəli sürdüyümüz millətçi dünaygörüş,irqi və bioloji deyil, ruhani millətçilik olduğu üçün,islam dini bizim fəaliyyətimizdə müstəsna rol oynaya bilər. Dini ayinləri icra edərkən onu millətçiliyin ecazkar duyğuları ilə rövnəqləndirilməsi insan idrakının ən dərin qatlarına təsir edə bilər və insan kamilləşər.
Din millətin özünə məxsusluğunu pərdələməməli,əksinə onun möhətşəmliyini,cazibədarlığını nümayiş etdirməli,milli mənəvi dəyərləri din vasitəsi ilə zənginləşdirməlidir.
İsalm dini, Azərbaycan Türklərinin milli mənəvi dəyərlər sisteminə daxil olub,öz əzəmətli yerini qorumalı,Milləimiz qarşısında duran problemlərin həll olunmasında Milli birliyin vacibliyinə sistematik olaraq öz töhfələrini verməlidir.
Türk Milli Strateji Araşdırmalar
Mərkəzinin direktoru Şakir Ulubəy.