Zükerberqin nəhəng planı bu həşərata görə dayanıb

Zükerberqin nəhəng planı bu həşərata görə dayanıb
 

Arılar Meta korporasiyasının ABŞ-da atom elektrik stansiyasının yaratdığı enerji ilə işləyəcək süni intellektə malik yeni məlumat mərkəzinin tikintisi planlarını pozub.

Paralel.az xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Meta şirkətinin baş direktoru Mark Zukerberq ABŞ-da mövcud atom elektrik stansiyası operatoru ilə yeni məlumat mərkəzini gücləndirmək üçün tikinti müqaviləsi bağlamaq istəyib, lakin o, ekoloji problemlər də daxil olmaqla, çətinliklərlə üzləşib. Mənbələrə görə, Zukerberq etiraf edib ki, potensial tikinti zonasında nadir arıların olması layihənin icrasını çətinləşdirir. Qeyd olunur ki, korporasiya karbonsuz enerjidən, o cümlədən nüvə enerjisindən istifadə üzrə təkliflərin öyrənilməsini davam etdirir.

Meta qəzetə şərh verməkdən imtina edib.

Qeyd edək ki, süni intellektdən istifadəni genişləndirən qlobal texnologiya nəhəngləri getdikcə daha çox atom enerjisinə üz tuturlar. 2024-cü ilin mart ayında Amerikanın Amazon şirkəti atom elektrik stansiyalarının istehsal etdiyi enerjidən istifadə etmək qərarına gəlib. Sentyabr ayında Microsoft Pensilvaniyadakı Three Mile Island nüvə elektrik stansiyasının istehsal etdiyi enerjini almağa başlayacağını açıqlayıb. Daha sonra, bu ilin oktyabrında Amerikanın IT şirkəti Google analoji qərar qəbul edib.

 

0.021245956420898