Maya Sandu prezident seçkilərində qalib oldu
Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu qalib gəlib.
Paralel.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Məlumata görə, protokolların 98,9%-nin nəticələrinə əsasən Maya Sandu səslərin 55%-ni toplayıb. Onun rəqibi Aleksandr Stoyanoqlo 45 faiz səs toplayıb.
“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik”, - Sandu X (tvitter) hesabında yazaraq seçicilərə təşəkkür edib.
Sandu xaricdəki seçki məntəqələri hesabına qalib gəlib. Belə ki, xaricədəki diaspora kütləvi şəkildə ona səs verib. Ölkə daxilində Stoyanoqlo 51,2% nəticə ilə qalib gəlib.