Lahor şəhərində hava çirkliliyi rekord həddə çatıb

Lahor şəhərində hava çirkliliyi rekord həddə çatıb
 

Pakistanın Pəncab əyalətində bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb.

Paralel.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Buna səbəb isə Lahor şəhərində hava çirkliliyinin rekord həddə çatmasıdır.

Lahor havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhərdir.

Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "məqbul" hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb.

0.019910097122192