3 yaşlı uşağın mədəsindən 101 maqnit kürə çıxartdılar
Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.
Paralel.az xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Yardım 1 saylı Regional Uşaq Xəstəxanası tərəfindən göstərilib. Uşaq tam qaydasındadır. Cərrahi müdaxilə olmasaydı, kürələr mədə boyunca sərbəst hərəkət edə və yolları tıxaya bilərdi", - məlumatda bildirilib.
Qeyd olunub ki, maqnitləri bir neçə mərhələdə çıxarmaq lazım gəlib.