Qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vurdu
Uqandanın şimalında yerləşən qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vurub.
Paralel.az "Report"a istinadən xəbər verir ki, hadisə Lamvoda qeydə alınıb. Onların hamısı həlak olub.
Daha 34 nəfərin yaralandığı bildirilir.
Agentliyin məlumatına görə, burada Cənubi Sudandan olan qaçqınların məskunlaşdığı Palabek düşərgəsi yerləşir.