Naşirlərin və oxucuların rəyləri önəmlidir...
Son bir neçə ildə yəhudilər bəşər tarixində oynadıqları rol, qumsallıq üzərində qurduqları İsrail dövlətinin fenomenallığı, o cümlədən onun qurulması, formalaşması və təkamülü ilə bağlı onlarla (daha çox innovasiya və iqtisadi sfera) neçə əsərlər oxumuşam.
Lakin onların çox az hissəsi olar ki, mənim qırmızı xətlə qeydlərimdən kənarda qalıb. Xüsusilə Şimon Peresin "Mənim Ben Qurionum", azərbaycanlı müəllif Ramil Həsənovun "İsrail" və Avi Jorischin "Sən innovativ olmalısan" kitabları ilk 3-də gəlir.
Jan-Pol Sartr 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yazdığı əsərlərlə tanış olan zaman gördüm ki, bir əsərin adı həmin müəllifin kitablar sırasında yoxdur. Doğrudur "Varlıq və yoxluq" (1943) əsəri ekzisestensializmin cərəyanının manifesti sayılır. Lakin eyni adlı əsəri ("Yəhudlik problemi") müəllifi olduğu kitablar sırasında yoxdur.
Jan-Pol Sartrın "Yəhudi problemi" kitabı 1965-ci ildə Türkiyədə çap olunub. Üzərindən 60 il keçir. Kitabı ələ alıb oxumaq olmur. Vərəqləri əlində tökülür. Az qala hiss edirsən ki, əlində vərəqlər bir neçə hissəyə parçalanıb yerə düşəcək.
Kitabı oxuduqca belə qərara gəldim ki, onu Azərbaycan dilinə tərcümə edim və nəşriyyatlarda çap etdirək.
Naşirlərin və oxucuların rəyləri önəmlidir...
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az