"Squid game"in ikinci sezon treyleri yayımlandı - Video
Cənubi Koreya istehsalı reytinqli “Netflix” serialı “Squid game”in ikinci sezon treyleri yaylımlanıb.
Paralel.az xəbər verir ki, yeni sezon 26 dekabrda tamaşaçı qarşısına çıxacaq.
Qeyd edək ki, əksəriyyəti ciddi maliyyə problemi yaşayan 456 nəfər, sirli bir sağ qalma turnirinə qatılmaq üçün dəvət alır. Hər dəfə bir oyunçu bu ölümcül yarışmadan kənarlaşdırıldıqdan sonra mükafat 100 milyon von artırılır. Turnirin qalibi sonda 45,6 milyard von (38,5 milyon ABŞ dolları) qazanır.
İkinci sezonda isə baş rolda olan və birinci oyunun qalibi Qi Hun ABŞ-a getmək fikrindən daşınır və 3 il sonra yenidən oyuna qatılmağa qərar verir.
Billurə