Tədbirdə suallar üçün də imkan yaratmışdılar

Tədbirdə suallar üçün də imkan yaratmışdılar
 

"Bu gün Mədəniyyət Nazirliyi ölkənin mədəniyyət sektorunun rəqəmsal transformasiyası istiqamətində atılan addımlar və gözləntilər haqqında bir təqdimat etdi."

Paralel.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

"Nazirlik transformasiyanı gerçəkləşdirmək üçün e-Culture rəqəmsal idarəetmə modeli təqdim edir.
Son bir ildə bu istiqamətdə müəyyən işlər görülüb.
Qarşıdakı 3 ildə sektorun tam rəqəmsallaşdırılması gözlənilir.

Tədbirdə suallar üçün də imkan yaratmışdılar.

Ümid edirəm nəzərdə tutulanlar reallaşacaq, innovasiya və rəqəmsal texnologiyaların tətbiqi ilə tam fərqli bir mədəniyyət sektoru formalaşdırılacaq.

Ölkədə vahid bir rəqəmsal transformasiya konsepsiyasının olmadığı şəraitdə bir neçə mərkəzi icra qurumunun, o cümlədən Mədəniyyət Nazirliyinin sektorla bağlı belə bir strategiya və konkret tədbirlər hazırlayaraq icrasına başlaması və ictimaiyyətə təqdim etməsi təqdirəlayiqdir".

0.015607833862305