Şerimi qızıla döndərib payız

Şerimi qızıla döndərib payız
 

Ləkləri yetişmiş bostandı şeir,
Bir gözəl bahardan başlanır yolu.
Şairin dilində dastandı şeir,
İçi sevgi dolu, məhəbbət dolu.

Xəyal sinəsini kürsüyə gərib,
Qəlbimin səsinə qulaq asandan,
Açıb yaxasını şeir dəftərim,
Şeir ətri gəlir yazı masamdan.

Həyəcan içində duyğular baxır,
Sevincim qəlbimdə açır gül-çiçək.
Təb gəlir, gözümdə ildırım çaxır,
Göy tək guruldayır sinəmdə ürək.

Mənəm şeir üçün gözəl mənzərə,
Ona ürəyimin odunu verim.
Açıqdır üzünə qapı, pəncərəm,
Yuxarı başdadır şeirin yeri.

Nöqtəsi, vergülü eşqlə yiyunub,
Mənaya, məntiqə dil verib payız.
Salıb sözlərimi qızıl suyuna
Şerimi qızıla döndərib payız.

Şahin Həmidi

Paralel.az 

0.015372037887573