Ümidim qoşulub mənlə sürünür...!

Ümidim qoşulub mənlə sürünür...!
 

Bütün dostlarım üçün darıxmışam


Mən bu gün o qədər yol qət etmişəm...
Beynimdə yüz fikir, əlimdə kitab.
Bilmirəm kimlərə qonaq getmişəm...
Dönəndə əlimdə varıydı mizrab.

Elə bil süzülüb qəlbə dolmuşam,
Kiminsə həzzində yanıb- solmuşam,
Mən bu gün həyasız biri olmuşam,
Günəş də bağlayıb başına hicab.

Bəlkə də həyata bu gün gəlmişəm,
İçimdə nə varsa üzə sərmişəm,
Elə bil... uşaqdım, artıq ərmişəm,
Nə yaşamışamsa, silibdi şərab.

Ümidim qoşulub mənlə sürünür,
Titrəyən qollarla mənə bürünür,
Elə tənha, Yazığ, bədbəxt görünür,
Suallar o qədər, axtarır cavab.

Ürəkdə o qədər arzular yatır,
Nakam olanları ox olub batır,
Hissim, həyacanım aranı qatır,
Bədən başqa yerdə axtarır ərbab.

Dünyaya gəlməyib məndən betəri...
Göz atdım varına ani, ötəri...
Biləndə yolçuyam... adi köçəri...
Aldadıb mələyi yazdırdım savab.

ŞAİQ MİSKİNLİ

0.015361785888672