Hikmət Məlikzadə - Şamaxım

Hikmət Məlikzadə - Şamaxım
 

Allahdan utanır üz, əlli ildir...
Qoynuna gəlmirəm yüz əlli ildir...
Günahla əlbirəm düz əlli ildir,
Ölsəm, fədan olsun közüm, Şamaxım.

Şeytan surətimi hayadan atır,
İpə düyün vurur, tayadan atır...
Neçə qız özünü qayadan atır,
İzn ver, bu işi çözüm, Şamaxım.

Əməlli oturmur söz, yaddaşımda...
Mən də bir tarixəm öz yaddaşımda,
Neçə dağın qalıb göz yaddaşımda,
Sənə güzgü olsun gözüm, Şamaxım.

Könül duyğuları yaralıdı, eh,
Dünya nanəcibin maralıdı, eh...
Hikmət də köksündən aralıdı, eh,
Bəlkə bu əzaba dözüm, Şamaxım?!

0.014044046401978