Bizə Bakı və Ankara lazımdır, soyqırımı yox

Bizə Bakı və Ankara lazımdır, soyqırımı yox
 

Osmanlı Türkiyəsində erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet vəzifələri siyahısında deyil. 

Paralel.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında deyib.

“Erməni "soyqırımı"nın beynəlxalq aləmdə tanınmasına gəlincə, mənim prioritetlərimizi sadalayarkən bu məsələyə toxunmadığımdan güman etdiyiniz kimi, bu bizim birinci prioritetimiz deyil. Tariximizin faciəli səhifələrinin öyrənilməsi, erməni soyqırımının tədqiqi və ya məsələnin bir nömrəli prioritetə ​​çevrilməsi məsələsi qətiyyən Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyi deyil”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, prioritet vəzifələr siyahısına Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi, Bakı ilə sülh müqaviləsinin imzalanması, həmçinin regional kommunikasiyaların delimitasiyası və kommunikasiyaların  açılması daxildir.

Mürtəza

 

0.0097098350524902