İki Quran surəsinin mükəmməl elmi, ədəbi- bədii, POETİK TƏRCÜMƏSİ
Mənim dəyərli mərhum dostum, böyük şərqşünas dilçi-alim, çox istedadlı şair Əmirşah Babaşah oğlu Milli Elmlər Akademiyasının Tarix və Fəlsəfə institunun elmi işçisi işlədiyi çağlarda bir xeyli islam dini ədəbiyyatının müəyyən nümunələrini və Quranın bir sıra kiçik ölçülü surələrini, eləcə də Yasin surəsini tam tərcümə etmişdi.
Əmirşah bəy Quranın ərəbcə orijinalının ədəbi-bədii-poetik quruluşuna, formasına, sə"c-qafiyə sisteminə çox yaxın, uyğun tərcümə eləməyə çalışaraq ortaya həqiqətən də çox mükəmməl, axıcı tərcümələr qoymuşdur. Bu iş üçün ona güclü stimul verən, onu həvəsləndirən faktorlar ərəbcəni mükəmməl bilməsi, islam ədəbiyyatını 1990-cı illərin imkanları daxilində xeyli öyrənməsi və güclü şair istedadı idi. Əmirşah bəy öz türk dilimizi, türklüyümüzü, yaşı bilinməyən ulu, kutsal türk mədəniyyətimizi, mənəviyyatımızı, Göytanrı inancımızı, üstün insani, hüquqi anlayışlarımızı, əxlaqımızı, vicdanımızı, milli yasalarımızı, gözəl üstün adət-ənənələrimizi canı kimi sevən bir dilçi, ulussevər, yurdsevər mükəmməl ziyalı idi.
Onu Quranın tərcüməsinə cəlb edən bir səbəb də ərəb şovinizmini müdafiə edən tüm müsəlman din dəllallarının hökm etdiyi -- "Quran allah dilində, cənnət dilində endirilib, vəhy olunub yazılmış allah kəlamıdır, onun başqa dillərə tərcüməsi mümkün deyil, tərcümə vaxtı mənalar doğru olmur, təhrif olur”, iddiası oldu. O, tərcümələrə başlayaraq sübut etdi ki, nəinki istənilən mətni mənaca tam dəqiq, hətta müəyyən qədər formaca da mükəmməl, orijinala layiq tərcümə etmək mümkündür.
İlkin xristiyanlıq çağlarından başlyaraq xristiyan din başçıları nədənsə başqa millətlərin də başa düşməsi üçün İncilin tərcümə edilməsinə nəinki əngəl törətməmiş, əksinə, bəlkə də yardım etmişldiər. Ona görə də İncili Qüdsdən tutmuş Hindistana, Afrikaya, Avropaya, Qafqaza, Rusiyaya qədər bu dini qəbul edən demək olar, bütün millətlərin dillərinə çevirdilər. Ancaq hədsiz radikal şovinist ərəb din dəllalları Quranın tərcümə edilməsinə daim əngəl oldular. Çünki tərcüməni oxuyanda mənəvi və cismani əsarətə alınmış xalqlar bu ideologiyanın əsl istismarçı və işğalçı üzünü görürdülər.
Ümumən bütün dinlərin iç üzünü kütlələrin görə bilməməsinin əsas səbəbi tarix boyu dindarların allahla qorxudularaq ağır cəzlar verilməsi, savadsızlıq, gerçək elmlərdən qafillik və tərcümələrin olmaması idi. Ancaq çox-çox təəssüf kİ, bu çağımızda oxuyub-yazmağı bacaran əhalinin 85 – 90 faiz olmasına baxmayarq, məsələn, Quranı açıb, oxuyub elm, məntiq, hüquq, əxlaq, insaniyyət ölçüləri ilə analiz edənlər heç 20 faiz də deyil. Hətta savadlı, ali təhsilli çoxlu sayda insanlar din cəhalətini hələ də həqiqətən yaradıcının, allahın endirdiyi biliklər, əxlaq kodeksləri sanır, namaz qılır, oruc tutur, həccə gedir, pirlərə nəzir-qurban aparırlar. Hələ bir az rusdilli oxumuşlarımız da xristiyanlğa tapınıb kilsələrə gedir, doğulan körpələrini xaç suyuna salır, körpəyə xaç atası tuturlar.
Bu tərcümələrin həm mənaca, həm poetik formaca dəqiq və gözəl olmadığını deməyə qalxnlar yalnız qərəzli, cahil dindarlar və müftəyə dadanmış din dəllalları ola bilər. Dili, ədəbiyyatı yaxşı bilən adamlarsa yalnız əhsən deyər.
FATİHƏ
1.Rəhmli, mərhəmətli allahın adını çək.
2.Aləmlərin tanrısı,
3.Din gününün yiyəsi
4. Rəhmli, mərhəmətli allaha alqış deyək.
5. Tək sənə qulluq edir, səndən umuruq kömək.
6. Bizi doğru yola çək.
7. Nemət verdiklərinin yolu ilə qoy gedək. Qəzəbə uğrayanlrın, düz yoldan sapanların, yoluna qoyma düşək.
həmd - tərif, öygü, alqışlamaq.
İXLAS
Rəhmli, mərhəmətli, allahın adını çək.
1. De: allahdır tək olan kəs,
2. Allah ehtiyac bilməz.
3. Doğmayıb, doğulmayıb,
4. Tayı olmayıb heç kəs.
Müəllif: Tələt Mərdi Həqq
Paralel.az