Azərbaycan Su Ehtiyatları Agentliyinin Beyləqan şöbəsinin rəisi Zahid Sadıqov AR Əmək Məcəlləsini niyə saymır?
Azərbaycan Su Ehtiyatları Agentıiyinin Beyləqan şöbəsindən redaksiyamıza zəng edən şikayətçilərin sayı çoxdur.
Şikayətçilərin sayına görə, Azərbaycan Su Ehtiyatları Agentliyi Beyləqan rayon şöbəsinin işdən azad olunan işçilərin çoxluq təşkil etməsi bu rayonda vəzifəyə yeni təyin olunanların "koxanı gör, kəndi bas" üsulu ilə işləməyi daha üstün tuturlar.
ASEA Beyləaqan rayon şöbəsinin müdiri tətin olunan Zahid Sadıqov, işçilərin verdiyi məlumata görə, Azərbaycan Respublikası Əmək Məcəlləsini nəzrə almadan Beyləqam Su İdarəsində çalışan 138 nəfəri "islahat" adı ilə kütləvi şəkildə işdən azad edib.
Beyləqanda baş verən bu və buna bəzər digər hadisələr göstərir ki, son zamanlar vəzifələrə təyin olunan bütün kadrlar cənab Prezidentin rəhbərlikdə "hər bir məmur xalqın xidmətçişidir" göstərişinə əməl etmirlər. Hər yerdə, o cümlədən ASEA Beyləqan rayon şöbəsinin rəisi Zahid Sadıqov da xalqı kütləvi işdən çıxarıb ac qoymaqla, bu ilim noyabr ayında ölkədə keçirilməsi nəzərdə tutulan COP29 ərəfəsində ciddi narazılıq yaradır.
Görəsən, Azərbaycan Su Ehtiyatları Agentliyinin rəhbərliyi Beyləqan şöbəsinin rəisi Zahid Sadıqov AR Əmək Məcəlləsini saymamasına niyə imkan verir?!
Məğrur, Paralel.az