Ailə, dəyər və merkantilizm - Məmməd Talıblı 

Ailə, dəyər və merkantilizm - Məmməd Talıblı 
 

Əvvəlki illərdə qızların ailə quracaqları bəylərin maddi durumu ilə bağlı gözləntiləri nisbətən sirli, abırlı olurdu. Başa düşürdü ki, insanın işi, gəliri və yaşayacaq maddi sütunu olmalıdır. Lakin onu indiki qədər vulqar və əşyabərəstliklə etmirdilər.

Az qala ailə kontraktı alqı-satqı predmetinin şərtləri səviyyəsinə gətirilib. Bəzən efirlərdə xanım bəyin bu qədər gəliri olacağı təqdirdə onunla ailə quracağı kimi qırmızı şərtlərin eşidirik.

İqtisadçı olaraq mənim ailə dəyərlərinin mərkəzində maddi durumun olmasına yaxşı baxmıram. Fikirlərimi daha detallı yazaram.
Amma bir hekayə maddi gözləntilərin münasibətlərin ortasında tutulmasına ən yaxşı cavab olduğunu düşünürəm.

Gənc bir qız Amerikanın məşhur “Craigslist” saytına belə bir elan verir. Elanın mətni belə olur: ‘’Nyu-Yorkda yaşayan 25 yaşlı çox gözəl bir qızam. İllik gəliri 250 min dollar olan oğlanlardan bezmişəm. İldə 500 min dollardan çox gəliri olan birilə evlənmək istəyirəm.
Ətrafımdakı məndən çirkin qızlar varlı kişiləri hardan tapırlar?”

Elana belə bir cavab gəlir– ‘’Mən sənin axtardığın kriteriyalara cavab verən, ildə yarım milyondan çox qazanan varlı bir kişiyəm. Hadisəyə maliyyə prizmasından baxarsaq sərvətim önümüzdəki illərdə daha da artacaq, mən daha zəngin olacam. Amma sənin sərvətin, yəni gözəlliyin zamanla dəyərini itirəcək, başqa sözlə yaşlandıqca qiymətin düşəcək. Belə olan halda mən səni satın almaq yerinə kirayələsəm, daha yaxşıdır’’…

Gənclər fərqində olmalıdır ki, ailə alqı-satqı məkanı deyil. Ortaq dəyərlərlə bir çətin altında yaşamaq yuvasıdır. Onu isti edə bilsəz, mutlu ailə tablonuz olacaq. Edə bilməsəz, alınacaq. Bacarmasaz, pulunuz Mask, Qeyts, Baffet qədər olsa da, yenə xeyri olmayacaq.

Paralel.az 

0.041786909103394