89 saylı məktəb yayılan məlumatlara aydınlıq gətirdi

89 saylı məktəb yayılan məlumatlara aydınlıq gətirdi
 

Sosial şəbəkələrdə Suraxanı rayonu 89 saylı məktəbdə dərs saatından sonra kənar şəxslərin təhsil müəssisəsinə daxil olması barədə məlumatlar yayılıb. Məsələ ilə bağlı təhsil müəssisəsi açıqlama yayıb.

Paralel.az Newscenter.az-a istinadən xəbər verir ki, 89 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, 28.10.2024-cü il tarixində ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır.

Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir.

Qeyd edək ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.

0.030290842056274