Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ: Qaya parçası ərazidən götürülür

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ: Qaya parçası ərazidən götürülür
 

Ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Paralel.az -a verilən məlumata görə, hazırda yolun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edilib ki, bütün işlər AAYDA, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən koordinasiyalı şəkildə aparılır.

Həmçinin bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

 

0.08271312713623